Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı
  • Bakıda 15 yaşlı qız itkin düşüb
  • DTX-nin saxladığı “Çevik” həbs olundu
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

Milyardlıq sərvəti üzə çıxdı – 90 yaşlı anasının hesabında 750 milyon

Dünya Gülnar Əliyeva13.09.2026 - 17:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ailəsinin böyük sərvətə sahib olduğu iddia edilir. Araşdırmaya görə, təkcə Volodinin bank hesablarında 1 milyard rubla yaxın vəsait var, onun 90 yaşlı anasının hesablarında isə daha 750 milyon rubl saxlanılır.

Yeniera.az xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.

FBK-nın məlumatına görə, Vyaçeslav Volodin təkcə 2025-ci ildə təxminən 258 milyon rubl gəlir əldə edib. Araşdırmaçılar Dövlət Duması sədrinin müxtəlif bank hesablarında ümumilikdə 1 milyard rubla yaxın vəsaitinin olduğunu bildirirlər.

Lakin araşdırmada ən çox diqqət çəkən məqamlardan biri Volodinin 90 yaşlı anası Lidiya Barabanovanın sərvətidir.

Vaxtilə kənd müəllimi işləmiş Barabanovanın hazırda 10-dan çox şirkətə sahib olduğu bildirilir. FBK-nın iddiasına görə, həmin şirkətlər dövlətdən yüz milyonlarla rubl həcmində maliyyə dəstəyi alıblar.

Araşdırmaçılar 90 yaşlı qadının bank hesablarında təxminən 750 milyon rubl olduğunu da müəyyənləşdirdiklərini bildirirlər.

Volodinin digər qohumlarının adına rəsmiləşdirilmiş daşınmaz əmlak da araşdırmaya daxil edilib.

FBK-nın məlumatına görə, onun qayınatası Yuri Polyakin Gelencik yaxınlığında təxminən bir hektarlıq torpaq sahəsində böyük malikanə tikdirir.

Tikilməkdə olan iqamətgahın sahəsinin 700 kvadratmetr olduğu, kompleksdə ayrıca hovuzun da nəzərdə tutulduğu bildirilir.

Beləliklə, FBK-nın açıqladığı məlumatlara əsasən, təkcə Volodin və anasının bank hesablarında ümumilikdə təxminən 1,75 milyard rubl vəsait mövcuddur. Bura ailənin şirkətlərinin və daşınmaz əmlakının dəyəri daxil deyil.

Musavat.com

Bənzər Xəbərlər

14.09.2026 - 20:49Gülnar Əliyeva

Vüsal Rzayev – rəqəmsal mediada aktiv kontent yaradıcı

14.09.2026 - 18:22Gülnar Əliyeva

Bakıda 15 yaşlı qız itkin düşüb

14.09.2026 - 17:23Gülnar Əliyeva

Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir — FOTOLAR

14.09.2026 - 16:50Gülnar Əliyeva

Mario Çavesə AZAL-da vəzifə verildi

14.09.2026 - 16:38Gülnar Əliyeva

Bu sayda insanın maaşı artdı - Nazirin açıqlaması

14.09.2026 - 16:25Gülnar Əliyeva

Müəllimlər vahid geyim formasına keçirlər - Nazir açıqladı

14.09.2026 - 16:12Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

14.09.2026 - 14:25Gülnar Əliyeva

Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi - Foto

14.09.2026 - 13:52Gülnar Əliyeva

“Vanlı Kara Haydar”ın xanımı da saxlanıldı - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 028

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 001

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 802
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.