Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Mədəniyyət

Azərbaycan ədəbiyyatına itki üz verib – FOTO

Azərbaycan ədəbiyyatına itki üz verib – FOTO

Filoloq, yazıçı-publisist, şair Qədiməli Əhməd dünyasını dəyişib.

Yeniera.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.

Qədiməli Mahmud oğlu Ağayev 1957-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub.

OXU: Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? – Bəlli oldu

Sürücülərin diqqətinə! 14 sentyabr saat 6:00-dan etibarən…

Bədii, elmi və publisistik yazıları müxtəlif illərdə “Bolluq uğrunda”, “Kənd soveti”, “Lerik”, “Azad təfəkkür”, “Qanun və zəka” və digər qəzetlərdə, eləcə də “Kənd əməkçisinin təqvimi”, “Təbiət”, “Azərbaycan”, “Ulduz”, “Şəfəq”, “Məşəl”, “Yazı” və başqa jurnallarda dərc olunub.

Qədiməli Əhməd səkkiz kitabın və əlliyə yaxın elmi-publisistik məqalənin müəllifidir. “Hara tələsirsən, durna qatarı”, “Tənha kölgə”, “Dünyamın dünyası” kimi şeir və poemalar kitabları, həmçinin “Bəyaz saçların yaşıl işığında” və “Elm və zəka işığında” adlı publisistik əsərləri var.

 

Şair Xalid Mahmudun atasıdır.

Paylaş: