Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başlanıldığı məlum olub.
Yeniera.az xəbər verir ki, bu barədə “Unikal”a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevin vəkili Tehran Hacıyev məlumat verib.
Əgər onların bu əməli sübuta yetirilərsə, Əhdiman Osmanovu və Həsən Əliyevi üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Araşdırmalar davam etdirilir.

