Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vardanyan həbsxanadan oğurluqla məşğuldur
  • İranda dəhşət: Sərnişin təyyarəsi havada parçalandı
  • Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Bəy Mamed” yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir” – FOTOLAR

"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" - FOTOLAR

Cəmiyyət Gülnar Əliyeva14.09.2026 - 15:52
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səbail rayonu Əhəd Yaqubov küçəsi 17 ünvanında yerləşən “Ulubəy” MTK şirkətinin inşa etdiyi “Yeni Şəhər” yaşayış kompleksinin sakinləri yaşadıqları ərazidə çoxsaylı problemlərin olduğunu bildirirlər.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”ya kollektiv şəkildə müraciət edən sakinlərin sözlərinə görə, uzun illərdir bu kompleksdə içməli su, səs-küy, parkinq və digər problemlər qalmaqdadır. Onlar yaşayış kompleksinin həyətinin hasarlandığını və orada “Ulubəy” MTK-nın rəhbəri tərəfindən bağ evi tikdirildiyini iddia ediblər.

“Uzun illərdir yaşadığımız binada müxtəlif problemlərlə üzləşirik. Əvvəllər dəfələrlə binanın örtük daşlarının qoparaq tökülməsi hadisəsi baş verib, bununla yanaşı, buradakı evlərə su həftədə 3 dəfə verilir. Həmçinin su anbarının içi lil-qum örtüyü ilə, tarakanlarla dolub. Dəfələrlə “Ulubəy” MTK-nın rəhbərliyinə bu problemləri həll etməsini bildirsək də, heç bir tədbir görülmür”, – sakinlər vurğulayıb.

Vətəndaşların müraciətində qeyd edilib ki, yaşayış kompleksində fəaliyyət göstərən “Mavi dəniz” restoranı onlara əlavə problemlər yaradır: “Binanın birinci mərtəbəsində yerləşən restoranın havalandırma sistemindən qalxan xoşagəlməz qoxu bizi boğaza yığıb. Eyni zamanda obyektdən yayılan səs-küy də evlərində istirahət etmək istəyən yüzlərlə insanın dincliyini pozur. Bundan başqa, restorana gəlib-gedənlər parkinq ərazimizi də tutublar. Biz məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər etdik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gələrək yoxlamalar aparıb ölçümlər etdilər və bunun nəticəsində restoranın rəhbərliyi barəsində inzibati protokol tərtib olundu. Lakin eyni problemlər yenə də hər gün təkrarlanır”.

Şikayətçilər bildiriblər ki, kompleksdə ev alarkən onlara həyətdə uşaq meydançasının – istirahət zonasının yaradılacağı deyilib: “Lakin sonradan məlum oldu ki, kompleksi inşa edən “Bəy Mamed” adı ilə tanınan iş adamı Məmməd İsmayılovun fikri başqadır. O, layihədə uşaq meydançası kimi nəzərdə tutulmuş ərazidə özünə villa tikdirir. Biz bu məsələ ilə bağlı da aidiyyəti dövlət təşkilatlarına müraciət etmişik və pozulan hüquqlarımızın bərpa edilməsini, binalarda yaşayış üçün normal, sivil şəraitin yaradılmasını tələb edirik. Burada əsas problem “Bəy Mamed”in özbaşınalığıdır. Nə deyiriksə, bizə hədə-qorxu gəlir, təhdid edir, halbuki haqlı tərəf sakinlərdir. Zirzəmi su ilə doludur, restorana gəlib-gedən qonaqlar narahat edir, restoranın ərazisini genişləndirib terras açıb, o da bizim məhəllənin girişini daraldıb, şlaqbaum qoymayıb. Həmçinin layihədə olan uşaq meydançası əvəzinə özünə bağ tikib, layihədə lift olmalı idi, qoyulmayıb. Bir sözlə, problemlər və özbaşınalıqlar saydıqca bitmir”.

Sakinlər məsələ ilə bağlı digər aidiyyəti qurumlara da müraciət etdiklərini əlavə ediblər.

Bənzər Xəbərlər

15.09.2026 - 22:00Gülnar Əliyeva

Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək - “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında

15.09.2026 - 21:30Gülnar Əliyeva

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama

15.09.2026 - 21:10Gülnar Əliyeva

Bakıda bu tarixdə “Avtomobilsiz Gün” keçiriləcək – 10 saat nəqliyyat işləməyəcək...

15.09.2026 - 20:51Gülnar Əliyeva

Telman Xıdırova vəzifə verildi - FOTO

15.09.2026 - 20:46Gülnar Əliyeva

"Bəniz"lə bağlı vacib xəbər - məhkəmənin vaxtı bəlli oldu

15.09.2026 - 15:38Gülnar Əliyeva

TƏBİB sədri bu xanım baş həkimi də işdən çıxardı - FOTO

15.09.2026 - 15:25Gülnar Əliyeva

Azərbaycanda 3 şöbə müdiri işdən çıxarıldı

15.09.2026 - 14:40Gülnar Əliyeva

Onlara da xüsusi rütbə veriləcək

15.09.2026 - 14:03Gülnar Əliyeva

İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 041

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 082

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 011

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 807
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.