Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Vardanyan həbsxanadan oğurluqla məşğuldur
  • İranda dəhşət: Sərnişin təyyarəsi havada parçalandı
  • Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb – FOTOLAR

Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb - FOTOLAR

Siyasət Gülnar Əliyeva14.09.2026 - 17:29
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinççini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniera.az xəbər verir ki, görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.

Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin regional məsələlər, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.

Türkiyə və Azərbaycan arasındakı güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, regional əməkdaşlıq və sabitlik baxımından da mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “iki dövlət, bir millət” anlayışı və Şuşa Bəyannaməsi ilə ortaya qoyulan müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.

Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.

Tərəflər iki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə işlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

15.09.2026 - 17:18Gülnar Əliyeva

“Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq”

15.09.2026 - 16:50Gülnar Əliyeva

“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”

15.09.2026 - 16:30Gülnar Əliyeva

Prezidentin vəzifədən azad etdiyi şəxs KİMDİR?- DOSYE

15.09.2026 - 16:18Gülnar Əliyeva

Ərdoğan Azərbaycanla bağlı paylaşım etdi

15.09.2026 - 16:05Gülnar Əliyeva

Prezident onu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM

15.09.2026 - 14:52Gülnar Əliyeva

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşəcək

15.09.2026 - 13:13Gülnar Əliyeva

Prezident Hakan Fidanı qəbul etdi - Foto

15.09.2026 - 13:05Gülnar Əliyeva

Hakan Fidan Ceyhun Bayramovla görüşdü - Fotolar

15.09.2026 - 12:42Gülnar Əliyeva

Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 042

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 082

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 011

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 807
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.