Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?
  • Türkiyəni qarışdıran əməliyyatın detalları – Açıqlandı
  • Temperatur kəskin şəkildə aşağı düşə bilər – ARAŞDIRMA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi – Fotolar

İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi - Fotolar

Siyasət Gülnar Əliyeva14.09.2026 - 18:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Yeniera.az xəbər verir ki, qonaq ilk növbədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olundu.

Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulandı.

Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunuldu.

Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu.

Mərasimdə “Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə “Abu Dhabi Future Energy Company” – “Masdar” və “AGEC” arasında əməkdaşlıq Sazişi”, “Azərbaycan İnvestisiya Holdinqi ilə “L’IMAD HOLDING COMPANY PJSC” arasında strateji əməkdaşlıq Sazişi”, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Terra Mining Ltd” arasında “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “GROUP 42 Holding Ltd” arasında “Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və “XRG SGC LIMITED” arasında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi”, həmçinin Energetika Nazirliyi, SOCAR və “Masdar” arasında “Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi” sənədi imzalandı.

Bənzər Xəbərlər

14.09.2026 - 20:00Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

14.09.2026 - 18:10Gülnar Əliyeva

DTX-nin saxladığı "Çevik" həbs olundu

14.09.2026 - 17:29Gülnar Əliyeva

Hikmət Hacıyev Türkiyə heyəti ilə görüşüb - FOTOLAR

14.09.2026 - 14:36Gülnar Əliyeva

Hakan Fidan Azərbaycana gəlir

14.09.2026 - 13:38Gülnar Əliyeva

Əli Nağıyev Çinə getdi - Foto

14.09.2026 - 12:03Gülnar Əliyeva

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

14.09.2026 - 11:00Gülnar Əliyeva

İlham Əliyev açılışda iştirak edib - FOTOLAR

14.09.2026 - 01:30Gülnar Əliyeva

Tehran Moskvadan TƏCİLİ yeni silahlar istədi - Böyük müharibə HAZIRLIĞI

13.09.2026 - 02:30Gülnar Əliyeva

Naxçıvandan “Kurtlar Vadisi”nədək uzanan sirli həyat – Əfsanəvi türk kəşfiyyatçısı...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 028

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 004

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.