Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda dəhşətli QƏTL TÖRƏDİLDİ
  • Şəmkirdə atasını öldürdü, Rusiyada sinif yoldaşını – ŞOK
  • Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Nüfuzlu agentlikdən manatla bağlı PROQNOZ – Gələn il…

Nüfuzlu agentlikdən manatla bağlı PROQNOZ – Gələn il…

İqtisadiyyat Gülnar Əliyeva15.09.2026 - 01:34
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır.

Bu barədə “Moody’s”in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə, bu, Azərbaycanın Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinin olması, neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlıq, eləcə də manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliklə əlaqədardır.

Ümumilikdə, “Moody’s” qeyd edir ki, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların bahalaşması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.

“Moody’s” hesab edir ki, regional geosiyasi risklərin artması və ya qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə zəifləməsi şəraitində Mərkəzi Asiya və Qafqaz ölkələrindən kapital axını milli valyutaları zəiflədə bilər. Hazırda belə bir ssenari gözlənilmir.

“Bu, inflyasiyanı gücləndirəcək və Mərkəzi Asiya və Qafqaz ölkələrində əhəmiyyətli valyuta risklərinə malik bankların borc yükünü artıracaq. Azərbaycan bankları bu riskə ən az məruz qalan banklardır. Çünki manat faktiki olaraq ABŞ dollarına bağlıdır və bu da iqtisadiyyatı və bank sistemini məzənnə dəyişkənliyindən qorumağa kömək edir”,-deyə hesabatda bildirilir.

Azərbaycan manatını gələn il nə gözləyir? Risklər varmı və devalvasiya ehtimalı nə dərəcədədir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Musavat.com-a bildirib ki, həm Azərbaycan iqtisadiyyatı, həm də manatın məzənnəsi üçün ən çətin dövrlərdən biri 2026-cı ildir:“ABŞ hökumətinin həyata keçirdiyi siyasət, eyni zamanda ABŞ-İran-İsrail konfliktinin yaratdığı konyuktur çox ciddi risklər formalaşdırdı. Bu, gözlənilməz risklərə qlobal iqtisadiyyatın verdiyi reaksiya ən mühüm problemlərdən birinə çevrildi. Lakin bu dövr ərzində həm qlobal iqtisadiyyatın oyunçuları, həm də Azərbaycan müəyyən qədər müqavimət əldə edir və yaranmış şəraitə uyğun olaraq, öz adaptasiya gedir, eyni zamanda müəyyən qədər mövqelər formalaşdırılı. 2027-ci il üçün ən ciddi risk ABŞ-İran-İsrail konflikti ilə bağlı eskalasiyanın yaranması və Azərbaycanın siyasi tərəfə çevrilməsi kimi təsiredici amili ola bilər, amma bu ehtimal daha aşağıdır. Azərbaycan hökumətinin bu günə qədər verdiyi mesajlar, təsdiqlənən sənədlər, dövlət proqramları və s. aydın görünən odur ki, məzənnə ilə bağlı müvafiq status kvonu davam etdirməyə çalışır. Manatın məzənnəsini ən azı b2030-cu ilə qədər dəyişmədən davam etdirməyə çalışacaq. Kapital axını investisiyanın geri çəkilməsi kimi nəzərdən keçirilirsə, Azərbaycanın, nə qədər təzadlı olsa da, üstünlüyü var çünki Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft iqtisadiyyatı investisiya cəlb etməkdə zəif olduğu üçün daha az risklə üzləşmiş olacaq. Ölkədən xarici investisiyanın axını ilə bağlı isə müxtəlif yollarla məhdudiyyət tətbiq edilməkdədir. Bu da iqtisadiyyata və manatın məzənnəsinə risk yaradacağı təqdirdə müdaxilə imkanının olduğu qənaətindəyəm. 2027-ci ildə manatın məzənnəsinin sabit saxlanacağını proqnozlaşdırmaq olar”.Musavat.com

Bənzər Xəbərlər

15.09.2026 - 02:45Gülnar Əliyeva

Azərbaycanda dəhşətli QƏTL TÖRƏDİLDİ

15.09.2026 - 02:30Gülnar Əliyeva

Şəmkirdə atasını öldürdü, Rusiyada sinif yoldaşını - ŞOK

15.09.2026 - 02:10Gülnar Əliyeva

Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular

15.09.2026 - 01:45Gülnar Əliyeva

Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...

14.09.2026 - 23:15Gülnar Əliyeva

DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?

14.09.2026 - 23:07Gülnar Əliyeva

Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı

14.09.2026 - 22:51Gülnar Əliyeva

Temperatur kəskin şəkildə aşağı düşə bilər - ARAŞDIRMA

14.09.2026 - 22:48Gülnar Əliyeva

Bu 3 bürc üçün dönüş nöqtəsi olacaq

14.09.2026 - 22:15Gülnar Əliyeva

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralanan var

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 030

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 070

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 004

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 804
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.