Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? – SƏBƏB
  • Əhdi və tanışı SƏRBƏST BURAXILDI
  • İlham Əliyev Qaradağda açılışda – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq

Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq

Cəmiyyət Gülnar Əliyeva16.09.2026 - 11:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026/2027-ci tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbə təhsil alacaq.

Bu barədə “Qafqazinfo”ya Türkiyə-Azərbaycan Universitetinin Tədris Şöbəsinin müdiri Günel Teymurova məlumat verib.

Bildirilib ki, onlardan 115 nəfəri bu il qəbul olunan tələbələrdir. Ötən illə müqayisədə bu il tələbə qəbulunda 27% artım müşahidə olunub. Yeni qəbul olunan tələbələrdən 42 nəfəri 600-dən yuxarı, 50 nəfəri isə 500-dən yuxarı bal toplayanlardır.

Cari tədris ili üzrə Türkiyə-Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 647,2, sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 667,5, qida mühəndisliyi ixtisasında ən yüksək bal 562,4 olub.

Bundan başqa məlunat verilib ki, Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” modelidir. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirir. Burada tədris kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universitetinin (ODTU), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTU), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramlarına uyğun aparılır. Tədris yalnız dövlət hesabına və yüksək akademik səviyyədə ingilis dilində aparılır. Tədris proqramını uğurla başa vuran tələbələrə ixtisas üzrə Türkiyənin aparıcı tərəfdaş universitetinin diplomu ilə yanaşı, Azərbaycan Texniki Universitetinin diplomu da təqdim olunacaq.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

Bənzər Xəbərlər

16.09.2026 - 13:55Gülnar Əliyeva

Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB

16.09.2026 - 13:41Gülnar Əliyeva

Əhdi və tanışı SƏRBƏST BURAXILDI

16.09.2026 - 11:50Gülnar Əliyeva

İranın zərbələrindən sonra ABŞ bazalarının vəziyyəti - Fotolar

16.09.2026 - 11:38Gülnar Əliyeva

Avropa Liqasında mövsümə start verilir

16.09.2026 - 11:25Gülnar Əliyeva

Hafiz Həsənova hökm oxundu

16.09.2026 - 10:38Gülnar Əliyeva

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

16.09.2026 - 10:12Gülnar Əliyeva

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

16.09.2026 - 09:40Gülnar Əliyeva

Bakıda maşın piyadanı vuraraq öldürüb

15.09.2026 - 22:25Gülnar Əliyeva

Vardanyan həbsxanadan oğurluqla məşğuldur

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 085

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 808
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.