Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Belə ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun R. Axundov, Oktyabr, N. Zeynalova küçələrinin, Yeni yaşayış massivinin və Xətai rayonunun M.Hadi , A.Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin və Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

