Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

“Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib“

“Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib“

Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir.

Yeniera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.

“Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq”, – deyən dövlətimizin başçısı bildirib ki, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir.

Prezident İlham Əliyev, həmçinin vurğulayıb: “Yəni ölkəmizin ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Paylaş: