Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şəhid atası vəfat etdi – Foto
  • 13 il əvvəl törədilmiş qətlin şübhəlisi saxlanıldı
  • ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək – AÇIQLAMA

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək – AÇIQLAMA

Cəmiyyət Gülnar Əliyeva17.09.2026 - 15:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda sənədsiz evlərin sayı ilə bağlı rəqəmlər 500 mindən 700 minədək dəyişir. Hüquqi statusu müəyyənləşdirilməyən bu əmlakların bir hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda, digər qismi isə əvvəllər verilmiş, lakin hazırda mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün yetərli sayılmayan sənədlər əsasında inşa edilib. Bununla yanaşı, qanunla tikinti aparılması qadağan olunan ərazilərdə yerləşən evlər də mövcuddur.

Sənədsiz evlərin hansı hissəsinin qanunvericiliyə uyğun şəkildə leqallaşdırılması mümkündür? Problemin həlli üçün hansı mexanizmlər tətbiq edilməlidir?

Yeniera.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə sənədsiz evlərin sayı 500 mini keçib.

Sənədsiz evlərin əsas kateqoriyaları

“Bəzi məlumatlara görə, bu rəqəm hətta 600-700 min civarındadır. Bu evləri müxtəlif növlər üzrə təsnifləşdirmək mümkündür.

Belə ki, evlərin qanunsuz tikili kimi qiymətləndirilməsinin müxtəlif səbəbləri var. Onların bir hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaqlarda inşa edilib. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri tikilib.

İkinci qrup evlər zəbt olunmuş ərazilərdə, yəni heç bir hüquqi əsas olmadan tutulmuş və torpaq sahəsinə dair hər hansı sənədin olmadığı ərazilərdə inşa edilən tikililərdir.

Üçüncü tip evlərin isə əvvəllər hər hansı dövlət qurumu tərəfindən verilmiş sənədləri olub. Lakin həmin sənədlər hazırda mülkiyyət hüququnun əldə olunması üçün əsas kimi çıxış edə bilmir. Yəni vətəndaşların müvafiq qurumlardan əldə etdiyi sənədlər mövcuddur, amma bu sənədlər əsasında bu gün mülkiyyət hüququnu rəsmiləşdirmək mümkün deyil. Buna görə də həmin evlər də sənədsiz əmlaklar sırasına daxil edilir.

Digər qrup evlər isə yüksək gərginlikli elektrik xətlərinin, su, qaz və neft boru kəmərlərinin, kollektor xətlərinin üzərində tikilib. Eyni zamanda, meşə fonduna daxil olan torpaqlarda, strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında və digər bu kimi ərazilərdə inşa edilmiş evlər də var. Belə yerlərdə yerləşən evlərin sənədləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyil.

Bu baxımdan hesab edirəm ki, sənədsiz evlər mütləq təsnifləşdirilməlidir. Hansı evlərin qanunvericiliyin şərtləri pozulmadan, daha sürətli və operativ şəkildə sənədləşdirilməsinin mümkün olduğu müəyyənləşdirilməlidir”.

“Əmlak amnistiyası elan olunmalıdır”

AQC sədri qeyd edib ki, Qiymətləndiricilər Cəmiyyəti bu istiqamətdə “əmlak amnistiyası”nın tətbiq olunmasını təklif edib.

“Əmlak amnistiyası nədən ibarətdir? Qanunu ciddi şəkildə pozmadan inşa edilmiş evlər var. Onların hər hansı cizgi xətləri digər qonşunun ərazisinə düşmür, sənədləri mövcuddur, lakin müəyyən hüquqi əsaslara malik deyil.

Müasir dövrdə daşınmaz əmlak reyestrindəki məlumatlar əsas götürülür. Halbuki əvvəllər əldə olunmuş sənədlər də mövcuddur. Və yaxud da qeyd etdiyim kimi, həmin torpaqların təyinatı yaşayış evlərinin tikilməsi üçün uyğun deyil.

Amma bütöv bir massiv özü torpaqlar üzərində inşa olunmuş evlərdən ibarətdirsə, bir sərəncamla məhz bu cür torpaqları və əmlakları qanuniləşdirmək olar.

Nəticədə Azərbaycan dövlət büdcəsi kifayət qədər gəlir əldə edəcək. Mülkiyyət hüququ rəsmiləşdirilmiş evlər vergi ödəyicisinə çevriləcək. Onlar icbari sığortaya cəlb edilə, qiymətləndirilə, miras kimi verilə, bazara çıxarılaraq alqı-satqı subyektinə çevrilə, eyni zamanda banklar üçün girov predmetinə çevrilərək hüquqi əsas qazana bilər.

Bu da ölkə iqtisadiyyatı üçün çox böyük töhfə olar. Bu baxımdan sənədsiz evlər üçün amnistiya elan olunmalıdır”.

Qanunsuz ərazilərdəki evlər sökülməlidir

Vüqar Oruc qanunla tikinti aparılması qadağan olunan ərazilərdə inşa edilmiş evlərin leqallaşdırılmasının mümkün olmadığını bildirib.

“Təbii ki, evlər və torpaq sahələri qanunla tikintinin qadağan olunduğu ərazilərdə yerləşirsə, onların sənədləşdirilməsindən və leqallaşdırılmasından söhbət gedə bilməz. Belə tikililər sökülməlidir. Azərbaycan dövlətinin müvafiq icra qurumları bununla bağlı qərar qəbul etməlidir.

Həmin şəxslərə yardım edilməlidir. Alternativ yaşayış sahəsi ilə təmin olunmalıdırlar ki, bu vətəndaşlar qanunsuz ərazilərdə ev inşa etsələr də, evsiz və yaşayış sahəsindən məhrum vəziyyətdə qalmasınlar.

Biz bilirik ki, hər hansı qanunsuz tikilinin həyata keçirilməsi mövcud situasiyada mümkünsüzdür. Hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti və bələdiyyə orqanları qanunsuz tikintiyə şərait yaratmamalı və buna imkan verməməlidirlər. Kimsə qanunsuz tikili inşa edibsə, deməli, bu və ya digər formada buna icazə alıb”.

Elektron qeydiyyat mexanizmi tətbiq edilməlidir

AQC sədri hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi elektron formada həyata keçirilməlidir.

“Nəzərə alsaq ki, mülkiyyət hüququ olmasa da, vətəndaşlar faktiki olaraq kommunal xidmətlərin haqqını ödəyirlər. Yəni mülkiyyət hüququnun müəyyən elementlərindən faktiki olaraq istifadə edirlər. Ona görə də hesab edirəm ki, bu evlərin sənədləşdirilməsi çox vacib məsələlərdən biridir.

Mexanizm də elektron formada həyata keçirilməlidir. Müvafiq dövlət qurumlarının elektron sistemlərində qeydiyyat prosesi həll olunmalıdır.

Bu yaxınlarda, bildiyimiz kimi, əmlakların kadastrda mütləq əks olunması ilə bağlı yenilik tətbiq edilib. Bu da təbii ki, qeydiyyat probleminin dolayı yolla da olsa, mərhələli şəkildə həll olunmasına gətirib çıxara bilər.

Mən düşünürəm ki, Azərbaycan vətəndaşları da bu qeydiyyatsız evlərin qeydiyyata alınmasında maraqlı olmalıdırlar. İndiki dövrdə ölkə iqtisadiyyatına töhfə versinlər, büdcə zənginləşsin. Vətəndaşlar da mülkiyyət hüququnu hiss etsinlər və bu ölkənin vətəndaşı olmaqdan məmnun olsunlar.

Mülkiyyət hüququ vətəndaşları bu və ya digər formada dövlətə, ölkəyə bağlayan amillərdən biridir. Düşünürəm ki, bu hüququn leqallaşdırılması Azərbaycan üçün faydalıdır və dövlətin iqtisadi dayaqlarının daha da güclənməsinə mühüm təkan verə bilər”.

Bənzər Xəbərlər

17.09.2026 - 16:50Gülnar Əliyeva

Şəhid atası vəfat etdi - Foto

17.09.2026 - 16:25Gülnar Əliyeva

ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqqısı artırılıb

17.09.2026 - 16:13Gülnar Əliyeva

Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz

17.09.2026 - 16:00Gülnar Əliyeva

Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - Fotolar

17.09.2026 - 15:45Gülnar Əliyeva

ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - Foto

17.09.2026 - 15:32Gülnar Əliyeva

Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı

17.09.2026 - 15:20Gülnar Əliyeva

AZAL Aktöbəyə ilk uçuşunu həyata keçirdi - Fotolar

17.09.2026 - 15:10Gülnar Əliyeva

Yeni dələduzluq növü peyda olub – BELƏ ALDADIRLAR - DİN-dən AÇIQLAMA

17.09.2026 - 14:50Gülnar Əliyeva

AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir – İddia

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 051

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 089

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 018

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 812
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.