Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 20-si saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

Yeniera.az xəbər veirr ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.

Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub.

Paylaş: