Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
  • Serdar Ortaç vəsiyyətini açıqladı
  • Mədən çökdü: 11 nəfər öldü – bu ölkədə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Müdafiə Nazirliyi məlumat yaydı – FOTO

Müdafiə Nazirliyi məlumat yaydı - FOTO

Gündəm Gülnar Əliyeva20.09.2026 - 23:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, Əlahiddə Ümumqoşun Orduda, xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Yeniera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat yayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlərdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.

Çıxış edənlər bildiriblər ki, Dövlət suverenliyi anlayışı hər bir müstəqil dövlətin fundamental əsaslarından biridir. Məhz buna görə də 2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən hər il sentyabr ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Qürur hissi ilə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi ilə bağlı ideyaları onun siyasi irsinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlar zamanı 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilmiş Vətən müharibəsi və sonrakı əməliyyatların Cənubi Qafqazda dayanıqlı sülhə, əmin-amanlığa və təhlükəsizliyə misilsiz töhfə verən tarixi missiya olduğu diqqətə çatdırılıb.

Həmçinin şəxsi heyətə Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının əsrlərlə müstəqillik uğrunda mübarizəsinin rəmzi, dövlətin konstitusiya quruluşunun bütün ərazilərimizdə tam bərpa olunması və milli həmrəyliyin güclənməsinin təcəssümü olduğu izah edilib.

Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla yad ediblər.

Bənzər Xəbərlər

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

21.09.2026 - 19:00Gülnar Əliyeva

Nazirlər Kabinetindən məktəblərlə bağlı mühüm qərar:5 iş günü müddətində...

21.09.2026 - 16:25Gülnar Əliyeva

AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi - 4 ölkə, 10 istiqamət

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 071

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 103

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 819
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.