Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Yeniera.az xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
O, bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamenti rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib./iqtisadiyyat.az/


