Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
  • Serdar Ortaç vəsiyyətini açıqladı
  • Mədən çökdü: 11 nəfər öldü – bu ölkədə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi – 4 ölkə, 10 istiqamət

AZAL-ın genişlənən Mərkəzi Asiya şəbəkəsi - 4 ölkə, 10 istiqamət

Cəmiyyət Gülnar Əliyeva21.09.2026 - 16:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ölkənin Mərkəzi Asiya ilə əlaqələrinin strateji əhəmiyyətinin daha da artdığı bir dövrdə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) son aylarda regiondakı marşrut şəbəkəsinə Şımkent, Atırau və Aktöbə istiqamətlərini əlavə edərək Mərkəzi Asiyada uçuş coğrafiyasını 10 istiqamətə çatdırıb.

Yeniera.az xəbər verir ki, dörd ölkəni əhatə edən bu şəbəkə üzrə həftədə ümumilikdə 47 reys yerinə yetirilir.

2026-cı ildə bu istiqamətlər üzrə 400 000-ə yaxın sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35% artım deməkdir.

Qazaxıstan hazırda AZAL-ın regionda ən geniş uçuş coğrafiyasına malik olduğu ölkədir: Almatı, Astana və Aktau gündəlik, Atırau həftədə dörd, Şımkent və Aktöbə isə həftədə üç dəfə uçuşlarla əhatə olunur – ölkə üzrə həftəlik ümumi rəqəm 31 reysə çatır. Altı şəhərə birbaşa hava əlaqəsi işgüzar səfərlər, ailə ziyarətləri və turizm məqsədli səyahətlər üçün çevik seçim yaradır. Özbəkistanda isə Daşkəndə gündəlik, Səmərqəndə həftədə iki dəfə həyata keçirilən reyslərlə həftəlik 9 uçuş təmin olunur, Qırğızıstanın paytaxtı Bişkek və Tacikistanın paytaxtı Düşənbə isə hər biri həftədə 4 reyslə şəbəkəni tamamlayır.

Mərkəzi Asiya marşrutları təkcə Bakıya səyahət edənlər üçün deyil, Bakı üzərindən digər beynəlxalq istiqamətlərə keçid edən sərnişinlər üçün də əhəmiyyətlidir. 2026-cı ildə bu marşrutlarda Bakı üzərindən tranzit keçən sərnişinlərin sayı 58 734 nəfər olub, bu da Bakı hava qovşağının Mərkəzi Asiya ilə Avropa/digər istiqamətlər arasında körpü rolunu gücləndirir.

Sərnişinlər azal.az saytı və ya mobil tətbiq vasitəsilə bilet alışı, baqaj və oturacaq seçimi kimi xidmətlərdən yararlana, AZAL Miles proqramı ilə mil toplaya bilirlər. Özbəkistanlı sərnişinlər üçün “Uzum Bank” əməkdaşlığı çərçivəsində “HUMO” və “Uzcard” kartları ilə ödəniş imkanı da mövcuddur.

Bənzər Xəbərlər

21.09.2026 - 23:20Gülnar Əliyeva

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” - Tahir Gözəl

21.09.2026 - 23:10Gülnar Əliyeva

Serdar Ortaç vəsiyyətini açıqladı

21.09.2026 - 23:00Gülnar Əliyeva

Mədən çökdü: 11 nəfər öldü - bu ölkədə

21.09.2026 - 22:22Gülnar Əliyeva

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Hakan Fidan

21.09.2026 - 22:13Gülnar Əliyeva

Bu ərazilərdə qaz olmayacaq

21.09.2026 - 22:08Gülnar Əliyeva

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21.09.2026 - 20:10Gülnar Əliyeva

Putinin partiyası qalib gəldi

21.09.2026 - 20:10Gülnar Əliyeva

Maliyyə sıxıntıları bitir - 3 bürc üçün bolluq dövrü başlayır

21.09.2026 - 19:00Gülnar Əliyeva

Nazirlər Kabinetindən məktəblərlə bağlı mühüm qərar:5 iş günü müddətində...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 071

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 102

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 819
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.