Böyük Britaniya qüvvələri ilk dəfə pilotsuz sualtı drondan ağır torpeda buraxıb.
Yeniera.az xəbər verir ki, “i Paper”in məlumatına görə, sınaq Böyük Britaniya və ABŞ tərəfindən birgə həyata keçirilib və buraxılış uğurlu olub.
Məlumata görə, bu addım Rusiyadan gələn potensial təhlükələrə qarşı müdafiə tədbirlərinin bir hissəsi kimi qiymətləndirilir.
Böyük Britaniyanın pilotsuz sualtı sistemlərdən istifadə imkanlarını genişləndirməsi ölkənin sualtı əməliyyatlar üzrə texnoloji imkanlarının inkişaf etdirilməsi çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Avropa ölkələrinin hərbi xərclərinin artırılmasını Moskvanın nəzərə aldığını bildirib.
YENİERA.AZ

