Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Fevrala kimi minlərlə insan öləcək – Qorxulu hava XƏBƏRDARLIĞI
  • Tanınmış aktrisa vəfat etdi – FOTO
  • Azərbaycanda ağır qəza – Ölən var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycanda bu rüsumlar ARTIRILDI

Azərbaycanda bu rüsumlar ARTIRILDI

İqtisadiyyat Gülnar Əliyeva23.09.2026 - 16:38
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği müəyyənləşib.

Yeniera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Sənədə əsasən, nəqliyyat vasitəsinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi üçün 30 manat haqq tutulacaq.

Bundan başqa, avtomobillərin duracaqlarda saxlanılması üçün onların kütləsindən asılı olaraq gündəlik ödəniş müəyyən edilib.

Belə ki, kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündə 2 manat, kütləsi 3.5 tondan 10 tona qədər olan nəqliyyat vasitəsi üçün gündə 3 manat, kütləsi 10 tondan yuxarı olan nəqliyyat vasitəsi üçün isə gündə 5 manat haqq ödəniləcək.

Qeyd edilib ki, qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50 faizi miqdarında əlavə ödəniş hesablanacaq.

Həmçinin mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması üçün haqq onun duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si Xidmətlərin adı Ölçü vahidi Tariflər

(ƏDV ilə manatla)

1. Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi 1

ədəd/reys

20
2. Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması
2.1. Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla) 1 ədəd/gün 1
2.2. Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla) 1 ədəd/gün 2
2.3. Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda 1 ədəd/gün 3

 

Bənzər Xəbərlər

25.09.2026 - 01:45Gülnar Əliyeva

Fevrala kimi minlərlə insan öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI

24.09.2026 - 23:00Gülnar Əliyeva

Tanınmış aktrisa vəfat etdi - FOTO

24.09.2026 - 22:35Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - Ölən var

24.09.2026 - 22:19Gülnar Əliyeva

Ukraynaya əsgər göndərə bilərlər

24.09.2026 - 22:18Gülnar Əliyeva

“Sabah”ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı

24.09.2026 - 20:58Gülnar Əliyeva

Bank kartları ilə bağlı - Daha bir qadağa

24.09.2026 - 20:54Gülnar Əliyeva

İki rayonda qaz təchizatı dayandırılacaq

24.09.2026 - 20:15Gülnar Əliyeva

Ceyhun Bayramov İƏT-də çıxış etdi - Fələstinlə bağlı danışdı

24.09.2026 - 16:00Gülnar Əliyeva

Shergi (Sevinc Novruzova) sosial mediada yaradıcılıq fəaliyyətini davam etdirir

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 097

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 122

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 041

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.