Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Hadisə

Azərbaycanda ağır qəza – Ölən var

Azərbaycanda ağır qəza – Ölən var

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yeniera.az xəbər verir ki, hadisə rayonun Osmanlı kəndinin ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 2106” və “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəzada Şirvan şəhər sakini, 1954-cü il təvəllüdlü Rahim İbrahimov ölüb.

Həmin şəhərdən olan 1971-ci il təvəllüdlü Qasımov Oktay Qurban oğlu, 2001-ci il təvəllüdlü Qədirli Kamal Mövsüm oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///Qafqazinfo

Paylaş: