Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR
  • Məkkə sazişi işə düşür? – Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ
  • Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

Cəmiyyət Gülnar Əliyeva25.09.2026 - 22:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli tərəfindən 12 iyul 2022-ci il tarixində ABŞ-nin Florida ştatının Mayami şəhərində təsis olunan “Solis Development LLC” adlı şirkət ləğv olunub.

Yeniera.az xəbər verir ki, Şamxal Həsənli Mayami şəhərində “66 West Flagler Street 9th Floor” ünvanında qeydiyyatda olan şirkətin bu ilin avqust ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.

Qeyd edək ki, “Solis Development LLC” daşınmaz əmlak sektoru ilə bağlı müştərilərə müxtəlif xidmətlər göstərib.

Məlumat üçün bildirək ki, hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli 2023-cü ildə Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.

Əli Həsənovun oğlu daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-nin və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də olub. Daha sonra Şamxal Həsənli “Marcus and Millichap” şirkətindəki vəzifəsindən istefa verərək “Solis Development LLC” şirkətini təsisi edib.

Şamxal Həsənli hazırda “Manoucherı Brothers LLC” şirkətinin satınalmalar üzrə direktoru vəzifəsində işləyir. “Manoucherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Şirkət ABŞ-nin tanınmış daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-nin tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.

Onu da qeyd edək ki, iranəsilli yəhudi iş adamı olan Henri Manuçeri 1978-ci ildə İrandan ABŞ-yə köçüb. Manuçeri 1994-cü ildə “Universe Holdings” şirkətini təsis edib və hazırda şirkətin baş direktoru və rəhbəridir. “Universe Holdings” əsasən çoxmənzilli yaşayış daşınmaz əmlakına investisiya qoyur. Şirkətin portfelinin ümumi dəyərinin təxminən 2.5 milyard dollar olduğu, 7 500-dən çox mənzili idarə etdiyi bildirilir. ABŞ ilə bərabər İsraildə də daşınmaz əmlak biznesinə sahib olan Henri Manuçerinin oğlanları – Aaron və Avi Manuçeri qardaşları isə Florida ştatının ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Manoucherı Brothers LLC” şirkətini idarə edirlər.///Yeniavaz.com

Bənzər Xəbərlər

25.09.2026 - 22:55Gülnar Əliyeva

Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR 

25.09.2026 - 22:40Gülnar Əliyeva

Məkkə sazişi işə düşür? - Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ

25.09.2026 - 22:25Gülnar Əliyeva

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar...

25.09.2026 - 22:00Gülnar Əliyeva

Bu universitetin prorektoru vəzifəsindən azad edildi - İDDİA

25.09.2026 - 21:46Gülnar Əliyeva

“KROSS BAKU”NUN FƏALİYYƏTİ BİZNES SEKTORUNUN DİQQƏTİNDƏ

25.09.2026 - 21:37Gülnar Əliyeva

Nazirlər Kabineti qərar verdi

25.09.2026 - 21:36Gülnar Əliyeva

Etibarnamə ilə avtomobil sürən şəxslərə mühüm xəbər – Vəkildən AÇIQLAMA  

25.09.2026 - 20:42Gülnar Əliyeva

Tramp da sammitdə iştirak edəcək

25.09.2026 - 19:00Gülnar Əliyeva

İlham Əliyev Tokayevə başsağlığı verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 107

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 130

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 044

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.