Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR
  • Məkkə sazişi işə düşür? – Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ
  • Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar…

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar...

Cəmiyyət Gülnar Əliyeva25.09.2026 - 22:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?

Azərbaycanda artıq payız fəsli başlayıb və havalar tədricən soyuyur. Son illər qlobal iqlim dəyişikliyi dünyada anomal hava şəraitinə səbəb olduğu üçün builki payızın necə keçəcəyi, ölkəmizdə hansı havanın hökm sürəcəyi hər kəs üçün maraqlıdır. Görəsən qarşıdakı aylarda bizi nə gözləyir? Builki payız normadan çox yağmurlu keçəcək, yoxsa quraqlıq olacaq? Yağıntıların miqdarı ilə bağlı proqnozlar nə deyir?

Yeniera.az xəbər verir ki, bu barədə Teleqraf-a Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi Həsən Nəbiyev danışıb. O bildirib ki, payız keçid fəsli olduğu üçün bu dövrdə hava şəraiti dəyişkən olur.

Onun sözlərinə görə, günəş fəallığının artması ölkə ərazisində kəskin hava dəyişmələrinə səbəb olan meridional proseslərin təkrarlanmasını artırır.

“23 sentyabrda Günəş ekvatorda zenitdə olur. Hər iki yarımkürə bərabər işıqlanır, gecə və gündüz bərabərləşir. Bu dövrdə havalar çox dəyişkən olur, güclü küləklər əsir, yağışlar yağır, çaylarda suyun səviyyəsi artır.

Ümumiyyətlə, ölkə ərazisində yağıntıların paylanmasında iki maksimum müşahidə edilir. Əsas maksimum yazda, ikinci maksimum isə payızda müşahidə olunur. Bu yağıntılar əsasən şimal ərazilərdən ölkəyə müdaxilə edən soyuq hava kütlələri ilə sıx bağlıdır”.

Ekspert vurğulayıb ki, ilin bu dövründə atmosfer sirkulyasiyasında meridional proseslərin intensivləşməsi soyuq hava kütlələrinin ölkə ərazisinə müdaxiləsini artırır:

“Bu isə yağıntıların miqdarının artmasına, əlverişli şəraitdə isə daşqın, subasma və sel hadisələrinin baş verməsinə səbəb ola bilər.

Son onilliklərdə cənub-qərbdən – Aralıq dənizinin şərqindən şərq və şimal-şərq istiqamətlərində hərəkət edən cənub siklonlarının ölkə ərazisinə tez-tez müdaxilə etməsi müşahidə edilir. Bu siklonlar yağıntıların çoxalmasına və bir sıra təbii-dağıdıcı hadisələrin yaranmasına səbəb olur.

Lakin yağıntıların miqdarı və intensivliyi, onların normadan az və ya çox olacağı barədə fikir söyləmək çox çətindir. Bunlar uzunmüddətli proqnozlardır. Belə proqnozlar çox çətin və hələ də həllini tapmamış problemlərdən biridir. Onların özünü doğrultma ehtimalı hələ aşağı göstəricilərlə səciyyələnir.

Amma əldə etdiyimiz elmi nəticələr əsasında deyə bilərik ki, Günəş fəallığının artması ilə ölkə ərazisində kəskin hava dəyişmələrinə gətirib çıxaran meridional proseslərin təkrarlanması çoxalır. Nəticədə ölkəyə soyuq hava kütlələri müdaxilə edir və yağıntıların miqdarı artır.

Qeyd edim ki, Günəş fəallığının XXVVI 11 illik sikli 2030-cu ilə qədər davam edəcək. Bu fəallığın XXV sikli intensiv olarsa, təhlükəli təbiət hadisələri – sel, daşqın, subasma, dolu, güclü küləklər və s. – yenə də müşahidə ediləcək. Əgər fəallıq zəifləsə, belə hadisələrin tez-tez təkrarlanma ehtimalı xeyli azalacaq”.

Bənzər Xəbərlər

25.09.2026 - 22:55Gülnar Əliyeva

Dünya yeni müharibənin astanasında: ABŞ bu ölkəyə HÜCUMA HAZIRLAŞIR 

25.09.2026 - 22:40Gülnar Əliyeva

Məkkə sazişi işə düşür? - Qərargah rəisləri toplandı, Türkiyədən XƏBƏRDARLIQ

25.09.2026 - 22:10Gülnar Əliyeva

Əli Həsənovun oğlu ABŞ-dəki şirkətini bağladı

25.09.2026 - 22:00Gülnar Əliyeva

Bu universitetin prorektoru vəzifəsindən azad edildi - İDDİA

25.09.2026 - 21:46Gülnar Əliyeva

“KROSS BAKU”NUN FƏALİYYƏTİ BİZNES SEKTORUNUN DİQQƏTİNDƏ

25.09.2026 - 21:37Gülnar Əliyeva

Nazirlər Kabineti qərar verdi

25.09.2026 - 21:36Gülnar Əliyeva

Etibarnamə ilə avtomobil sürən şəxslərə mühüm xəbər – Vəkildən AÇIQLAMA  

25.09.2026 - 20:42Gülnar Əliyeva

Tramp da sammitdə iştirak edəcək

25.09.2026 - 19:00Gülnar Əliyeva

İlham Əliyev Tokayevə başsağlığı verdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 108

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 130

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 044

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.