Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ – FOTO
  • Azərbaycan Litvaya qarşı – Heyətlər açıqlandı
  • FHN kollektivi Zəfər parkında – Fotolar+Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda bu məktəblər birləşdirilə bilər – Yeni qərarın detalları

Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları

Cəmiyyət Gülnar Əliyeva26.09.2026 - 10:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. Sənəddə dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi göstərilib.

Bir şagird üçün dövlət nə qədər pul ayıra bilər? Məktəblərin büdcəsi şagird sayından asılı olacaq? Az şagirdli məktəbləri nə gözləyir?

Yeniera.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli danışıb. O deyib ki, adam başına maliyyələşmə sistemində bütün məktəblər və şagirdlər üçün eyni, sabit məbləğ nəzərdə tutulmur:

“Fərmanda da qeyd edilir ki, təhsilin səviyyəsi və məktəbin növündən asılı olaraq artırma əmsalları tətbiq olunacaq. Yəni ibtidai sinif şagirdi ilə yuxarı sinifdə təhsil alan, laboratoriya, texnika və digər əlavə resurslara ehtiyacı olan şagirdin təhsil xərci eyni olmayacaq. Məbləği Nazirlər Kabineti bir ay ərzində təsdiqləyəcəyi qaydalarla müəyyənləşdirəcək”.

Ekspert bildirib ki, dünya təcrübəsi və mövcud təhsil büdcəsinin göstəricilərinə əsasən, bir şagirdə düşən illik xərc normativi təhsil səviyyəsi, məktəbin yerləşdiyi ərazi və ixtisaslaşma növündən asılı olaraq dəyişəcək:

“Burada əsas məqsəd yalnız sinfi maliyyələşdirmək deyil, şagirdin keyfiyyətli təhsil alması üçün zəruri infrastruktur və resursları təmin etməkdir. Modelin əsas prinsipi “maliyyə şagirdi izləyir” yanaşmasına əsaslanır. Əvvəllər maliyyələşmə əsasən məktəb binasının saxlanılması, avadanlıq və digər ümumi xərclərə yönəldilirdisə, yeni sistemdə məktəbin büdcəsi orada təhsil alan şagirdlərin sayına uyğun formalaşacaq”.

Ekspertin sözlərinə görə, bu dəyişiklik məktəblər arasında sağlam rəqabət mühiti yaradacaq:

“Valideyn və şagird məmnuniyyətini qazanan, təhsilin keyfiyyətini yüksəldən məktəblərə marağın artması gözlənilir. Şagird sayı çox olan məktəblər daha böyük büdcəyə sahib olacaq. Bu isə maddi-texniki bazanın yenilənməsi, müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və daha müasir tədris mühitinin yaradılması üçün imkan verə bilər.

Beləliklə, məktəb rəhbəri inzibati idarəçi olmaqla yanaşı, həm də təhsilin keyfiyyətini yüksəldən və mövcud maliyyə imkanlarını səmərəli idarə edən menecer kimi çıxış etməli olacaq. Eyni zamanda, adam başına maliyyələşməyə keçid az şagirdli və ya ucqar kənd məktəblərinin diqqətdən kənarda qalması, bağlanması demək deyil.

Prezidentin imzaladığı fərmanda prosesin mərhələli şəkildə həyata keçiriləcəyi, Elm və Təhsil Nazirliyinin isə hər il Maliyyə Nazirliyi ilə razılaşdırmaqla sistemə cəlb olunacaq məktəblərin siyahısını müəyyən edəcəyi qeyd olunur. Bu baxımdan şagird sayı az olan dağlıq və ucqar kənd məktəbləri üçün daha yüksək artırma əmsallarının tətbiqi mümkündür. Belə yanaşma həmin məktəblərin maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını ala bilər”.

Ə.Həsənli əlavə edib ki, dövlətin əsas prioritetlərindən biri hər bir vətəndaşın yaşadığı ərazidən asılı olmayaraq təhsil hüququnun təmin edilməsidir:

“Bu səbəbdən az şagirdli məktəblər üçün minimum baza maliyyələşməsi və ya xüsusi dəstək mexanizmlərinin saxlanılması nəzərdə tutula bilər. Bəzi hallarda isə bir-birinə yaxın ərazilərdə yerləşən və şagird sayı çox az olan məktəblərin resurslarının birləşdirilməsi, mərkəzləşdirilmiş məktəb modelinə keçilməsi, şagirdlərin daşınması sisteminin yaradılması gündəmə gələ bilər. Bu addımlar yalnız təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçiriləcək. Yekun olaraq, bu fərman Azərbaycan təhsilində resursların daha səmərəli və şəffaf bölüşdürülməsi, maliyyənin birbaşa şagirdin inkişafına yönəldilməsi baxımından mühüm addımdır”.

Bənzər Xəbərlər

27.09.2026 - 17:10Gülnar Əliyeva

Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO

27.09.2026 - 16:55Gülnar Əliyeva

Azərbaycan Litvaya qarşı - Heyətlər açıqlandı

27.09.2026 - 16:40Gülnar Əliyeva

FHN kollektivi Zəfər parkında - Fotolar+Video

27.09.2026 - 16:00Gülnar Əliyeva

Kiyevə dron hücumu: AZƏRBAYCANLI HƏLAK OLUB

27.09.2026 - 14:06Gülnar Əliyeva

 Leysan yağacaq, dolu düşəcək – PROQNOZ

27.09.2026 - 14:00Gülnar Əliyeva

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu

27.09.2026 - 13:03Gülnar Əliyeva

Aydaska555official sosial mediada diqqət çəkən bloqerlər arasında

27.09.2026 - 12:01Gülnar Əliyeva

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb

27.09.2026 - 11:50Gülnar Əliyeva

DİN-in şəxsi heyəti Zəfər parkını ziyarət edib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 143

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 143

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 060

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 838
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.