Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Liderliyi heç kimə verməyən 5 BÜRC
  • Türkiyədə dəhşətli qəza: 7 ölü, çox sayda yaralı var
  • Kozinoğlu cinayətində SENSASİYA: Şahidləri YOX EDİRLƏR? – Həkim evində ÖLÜ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK 

Cəmiyyət Gülnar Əliyeva27.09.2026 - 23:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir.

Yeniera.az xəbər verirki,mövzu ilə bağlı Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev xidmət sahələrində iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi ilə bağlı təkliflər mövcuddur deyib.

.Onun sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik iş vaxtı isə 40 saatdır:

“Bəzi yerlərdə altıgünlük iş həftəsi tətbiq olunur və iş vaxtı buna uyğun müəyyənləşdirilir. Xidmət sahələrində isə əsas iş yükü çox vaxt şənbə və bazar günlərinə düşür. Ancaq bütün hallarda iş münasibətləri əmək qanunvericiliyinin tələblərinə uyğun qurulmalıdır.

Xüsusilə özəl sektorda və xidmət sahələrində yeni tələblər ortaya çıxır. Dövrün tələblərinə uyğun olaraq xidmət sahələrində şənbə və bazar günləri digər istirahət günləri ilə əvəz edilə bilər. Qanunvericilikdə də yaranan ehtiyaclara uyğun dəyişikliklərin edilməsi mümkündür. Hər hansı dəyişiklik olarsa, bu barədə məlumat veriləcək”.

İqtisadçı Akif Nəsirli də hesab edir ki, xidmət sektorunda fərqli iş və istirahət qrafikinin tətbiqi mümkündür.

Onun sözlərinə görə, restoran, otel, turizm, ticarət, əyləncə, nəqliyyat və digər xidmət sahələrində əsas iş yükü çox vaxt məhz şənbə və bazar günlərinə təsadüf edir.

“Bu sahələrdə bütün əməkdaşların eyni vaxtda həftəsonu istirahət etməsi biznesin fəaliyyətinə və xidmətlərin fasiləsiz göstərilməsinə müəyyən məhdudiyyətlər yarada bilər.

Əmək qanunvericiliyi çərçivəsində iş rejiminin xüsusiyyətləri nəzərə alınmaqla bəzi müəssisələrdə həftəlik istirahət günlərinin şənbə və bazar əvəzinə digər günlərə keçirilməsi mümkündür. Burada əsas məsələ işçinin həftəlik istirahət hüququnun qorunması, iş vaxtı normasına və digər əmək hüquqlarına əməl edilməsidir.

Yəni söhbət şənbə və bazar günlərinin bütün sahələr üçün ümumi şəkildə iş gününə çevrilməsindən deyil, fəaliyyətin xüsusiyyətinə uyğun növbəli və ya fərqli istirahət qrafiklərinin tətbiqindən gedə bilər”.

İqtisadçı bildirib ki, məsələn, restoran və otel işçiləri şənbə-bazar işləyərək həftənin digər günlərində istirahət edə bilərlər. Ticarət və digər xidmət müəssisələrində də növbəli iş qrafiki tətbiq etməklə həm həftəsonu yaranan yüksək tələbatı qarşılamaq, həm də işçilərin istirahət hüququnu qorumaq mümkündür.

Akif Nəsirli bununla yanaşı, belə bir sistemin bütün sahələrə avtomatik tətbiq edilməsinin sosial problemlər yarada biləcəyini də vurğulayıb:

“Çünki ailələrin, məktəblərin və digər müəssisələrin əsasən şənbə-bazar rejimində fəaliyyət göstərməsi insanların ailə üzvləri ilə birlikdə istirahət imkanlarını məhdudlaşdıra bilər. Buna görə daha real yanaşma bütün iqtisadiyyat üçün vahid qaydanın dəyişdirilməsi deyil, xidmət və fasiləsiz fəaliyyət göstərən digər sahələrdə çevik iş və istirahət qrafiklərinin genişləndirilməsi ola bilər”.

Bənzər Xəbərlər

28.09.2026 - 00:40Gülnar Əliyeva

Liderliyi heç kimə verməyən 5 BÜRC

28.09.2026 - 00:20Gülnar Əliyeva

Türkiyədə dəhşətli qəza: 7 ölü, çox sayda yaralı var

28.09.2026 - 00:05Gülnar Əliyeva

Kozinoğlu cinayətində SENSASİYA: Şahidləri YOX EDİRLƏR? - Həkim evində ÖLÜ TAPILDI

27.09.2026 - 22:40Gülnar Əliyeva

TƏCİLİ! Aleksandar Vuçiç istefa verdi

27.09.2026 - 19:30Gülnar Əliyeva

Media və Yayım Şurasının rəhbərliyi və kollektivi şəhidləri anıb

27.09.2026 - 17:10Gülnar Əliyeva

Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO

27.09.2026 - 16:55Gülnar Əliyeva

Azərbaycan Litvaya qarşı - Heyətlər açıqlandı

27.09.2026 - 16:40Gülnar Əliyeva

FHN kollektivi Zəfər parkında - Fotolar+Video

27.09.2026 - 16:00Gülnar Əliyeva

Kiyevə dron hücumu: AZƏRBAYCANLI HƏLAK OLUB

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 151

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 151

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 070

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 844
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.