Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Abid Şərifovun vəziyyəti ağırlaşdı
  • Qubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdi
  • FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: ala bilməyəcəklər

Sürücülük vəsiqəsi ilə bağlı onlara pis xəbər: ala bilməyəcəklər

Cəmiyyət Gülnar Əliyeva29.09.2026 - 15:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallarda hərbi xidmətə yararlılıq dərəcəsini müəyyən edən bu qeyd nəqliyyat vasitəsini idarə etmək hüququnun əldə olunmasına birbaşa təsir göstərir.

Yeniera.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına əsasən, hərbi biletdə qeyd olunan 17b maddəsi, tibbi ekspertiza Əsasnaməsinə əsasən psixi fəaliyyətin və əsəb sisteminin yüngül və ya müvəqqəti pozuntuları (neyrotik, stresslə bağlı və somatoform pozuntular) ilə bağlı hərbi xidmətə məhdud yararlılığı və ya möhlət hüququnu əks etdirir. Sürücülük vəsiqəsinin alınması zamanı bu maddənin məhdudiyyət yaradıb-yaratmaması birbaşa vətəndaşın sağlamlıq vəziyyətinin həkim komissiyası (xüsusilə psixiatr) tərəfindən necə qiymətləndirilməsindən asılıdır.

Məhdudiyyət, ilk növbədə, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayışın (forma 083/u) verilməsi mərhələsində ortaya çıxır. Əgər hərbi biletdə 17b maddəsi yer alıbsa, Narkoloji və Psixonevroloji Dispanserlərdən müvafiq qeydiyyat statusu və rəy alınmalıdır. Əgər şəxs psixonevroloji dispanserdə aktiv dinamik müşahidədədirsə və ya diaqnoz nəqliyyat vasitələrini idarə etmək üçün təhlükə yaradan psixi pozuntular siyahısına düşürsə, həkim komissiyası sürücülük üçün mənfi rəy verir və bu halda vəsiqənin alınması rəsmi olaraq məhdudlaşdırılır. Pepperoni pizza

Bundan əlavə, məhdudiyyət idarə ediləcək nəqliyyat vasitəsinin kateqoriyasından da asılı ola bilər. Məsələn, 17b maddəsi üzrə komissiya şəxsə həvəskar (A, B kateqoriyalı) avtomobilləri idarə etməyə icazə versə də, peşəkar sürücülük (sərnişin daşınması – D kateqoriyası, ağır tonnajlı yük avtomobilləri – C kateqoriyası və ya operativ nəqliyyat vasitələri) üçün tibbi tələblər daha sərt olduğundan həmin kateqoriyalar üzrə məhdudiyyət tətbiq olunur.

Məhdudiyyətin aradan qaldırılması və ya dəqiqləşdirilməsi üçün vətəndaş psixonevroloji dispanserdə təkrar tibbi müayinədən (stasionar və ya ambulator) keçməlidir. Əgər müayinə nəticəsində şəxsdə nəqliyyat vasitəsini idarə etməyə mane olacaq aktiv psixi pozuntu aşkar edilməzsə və şəxs dispanser qeydiyyatından çıxarılarsa, tibbi komissiya müsbət rəy verir və sürücülük vəsiqəsi almaq hüququ təmin olunur.

Ajans.az
Ajans.az

Bənzər Xəbərlər

29.09.2026 - 16:20Gülnar Əliyeva

Abid Şərifovun vəziyyəti ağırlaşdı

29.09.2026 - 16:06Gülnar Əliyeva

Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi

29.09.2026 - 15:52Gülnar Əliyeva

FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda - FOTOLAR

29.09.2026 - 15:40Gülnar Əliyeva

Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi

29.09.2026 - 15:28Gülnar Əliyeva

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

29.09.2026 - 15:15Gülnar Əliyeva

Putin yeni fərman imzaladı: Azərbaycanla bağlı bu qadağanı qoydu

29.09.2026 - 14:50Gülnar Əliyeva

Bu küçələrdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

29.09.2026 - 14:38Gülnar Əliyeva

Dağlıq ərazilərə qar yağacaq

29.09.2026 - 14:26Gülnar Əliyeva

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 193

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 178

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 089

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 849
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.