Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Naxçıvan-Sədərək magistralının rayonun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Xəzər” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

