Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir – Həbsi tələb edildi
  • Yusif Nəcəfova vəzifə verildi
  • Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Paytaxtın bu rayonunda 20-yə yaxın bina söküləcək

Cəmiyyət Gülnar Əliyeva30.09.2026 - 22:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Səbail rayonunda sökülməsi nəzərdə tutulan binaların sayı ilkin mərhələdə təxminən 15-20 arasındadır”.

Yeniera.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, həmçinin Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır:

“Bunlar əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdir. Hazırda həmin binaların bir qismində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib. Adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və qalib şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.

Kompensasiya məbləği isə qiymətləndirici şirkət tərəfindən ərazinin mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir. Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.

Bununla belə, kompensasiya məbləği bütün binalar və mənzillər üçün eyni olmur. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və məbləğ həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər”.

AQC sdəri əlavə edib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur:

“İnvestor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

İnvestor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiya məbləği də razılaşdırıla bilər”.

Bənzər Xəbərlər

30.09.2026 - 23:05Gülnar Əliyeva

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

30.09.2026 - 22:55Gülnar Əliyeva

Yusif Nəcəfova vəzifə verildi

30.09.2026 - 22:44Gülnar Əliyeva

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

30.09.2026 - 22:33Gülnar Əliyeva

Hava kəskin dəyişir - Yağış yağacaq

30.09.2026 - 22:28Gülnar Əliyeva

Əli Əsədov qərarı İMZALADI:Bu müddət 6 aya endirilib

30.09.2026 - 22:22Gülnar Əliyeva

“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – ŞOK

30.09.2026 - 17:30Gülnar Əliyeva

Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək

30.09.2026 - 14:30Gülnar Əliyeva

Hasil Abbasov onu işdən azad etdi - FOTO

30.09.2026 - 14:10Gülnar Əliyeva

Ombudsmanın maaşı 4 dəfə artırıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 215

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 191

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 101

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 856
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.