Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
  • Putin açıqladı: Nə 2030, nə də 2050-ci ildə…
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Cəmiyyət Gülnar Əliyeva30.09.2026 - 23:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq”.

Yeniera.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, yeni islahat tədbirlərinin əsas istiqamətlərindən biri Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqqı sisteminin beynəlxalq standartlara və qabaqcıl ordu quruculuğu təcrübəsinə uyğunlaşdırılmasıdır.

Deputat qeyd edib ki, dəyişikliklər nəticəsində Müdafiə Nazirliyinin bütün hərbi qulluqçularının əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artırılacaq. Bu artımlar üçün illik 550 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur.

A.Nağıyev bildirib ki, yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat faizliyi arasındakı əlaqə aradan qaldırılacaq. Pensiya fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı əsas götürülməklə formalaşacaq. Eyni zamanda hərbi qulluqçulara qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi veriləcək və bu əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Onun sözlərinə görə, hərbi qulluqçular üçün rütbələr üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiyaya çıxma yaşı kimi müəyyən ediləcək. Müddətdən artıq hərbi xidmət keçmiş gizirlər və miçmanlar, eləcə də kiçik zabitlər üçün 58 yaş, mayor və polkovnik-leytenant rütbələri üçün 58 yaş, polkovnik və ona bərabər rütbələr üçün isə 53 yaş nəzərdə tutulur.

Deputat vurğulayıb ki, yeni mexanizmlə hərbi qulluqçular daha uzun müddət xidmət etdikcə vəzifə və rütbələri, əməkhaqları, eləcə də pensiya kapitalları artacaq.

A.Nağıyev nümunə olaraq bildirib ki, 43 yaşında olan polkovnik-leytenant 25 il xidmət edibsə, yeni qaydalara əsasən 58 yaşında pensiyaya çıxa bilər. Həmin şəxs əlavə 5 il xidmət etdiyi müddətdə topladığı pensiya kapitalı hesabına gələcək pensiyasının məbləğini artıra bilər.

Deputatın sözlərinə görə, islahat hərbi qulluqçuların pensiya təyinatı sisteminin sadələşdirilməsinə, pensiyaların elektron qaydada və qısa müddətdə təyin olunmasına imkan yaradacaq.

O həmçinin qeyd edib ki, yeni qaydalar islahatdan əvvəl təyin edilmiş pensiyalara şamil edilməyəcək və həmin pensiyaların ödənişi əvvəlki qaydada davam etdiriləcək.

Bənzər Xəbərlər

01.10.2026 - 23:45Gülnar Əliyeva

Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı

01.10.2026 - 23:25Gülnar Əliyeva

Putin açıqladı: Nə 2030, nə də 2050-ci ildə…

01.10.2026 - 23:08Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

01.10.2026 - 23:07Gülnar Əliyeva

Bu xanıma Mərkəzi Bankda yüksək vəzifə verildi

01.10.2026 - 23:05Gülnar Əliyeva

Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...

01.10.2026 - 18:00Gülnar Əliyeva

Mandatını itirən deputatla bağlı maraqlı FAKTLAR:GÖZƏTÇİ İŞLƏYİBMİŞ...

01.10.2026 - 17:55Gülnar Əliyeva

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

01.10.2026 - 17:40Gülnar Əliyeva

Azərbaycanda bu deputatın mandatı LƏĞV EDİLDİ

01.10.2026 - 17:28Gülnar Əliyeva

"Yüksəliş"in qalibinə yeni vəzifə verldi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 210

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 118

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 866
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.