Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Ən böyük ölkələrdən biri parçalanır: Tramp düyməyə basdı
  • Putin açıqladı: Nə 2030, nə də 2050-ci ildə…
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Tbilisiyə hər gün 2 reys olacaq – Biletlər 36 manatdan başlayır…

Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...

VİDEO XƏBƏRLƏR Gülnar Əliyeva01.10.2026 - 23:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Yeniera.az xəbər verir ki, 1 noyabr 2026-cı ildən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.

Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir. Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək.

Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır.

Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir. Əlavə reyslərə bilet satışına oktyabrın 2-dən başlanılacaq.

Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim ediləcək. Bununla da sərnişinlər Bakı–Tbilisi–Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı–Tbilisi–Bakı qatarı paytaxtdan saat 23:00-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışı prosesinin daha da təkmilləşdirilməsi, eləcə də mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra yeniliklər edilib. Belə ki, ADY-nin veb-saytı və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinet məlumatlarını MyGov ID-dən istifadə etməklə verifikasiya etməlidirlər. Bu addım sərnişinlərin maraqlarının qorunmasına və onlayn bilet alışının daha etibarlı təşkilinə xidmət edir. Şəxsi kabinet sahibləri müvafiq bölməyə FİN kodu daxil etdikdən sonra bütün zəruri məlumatlar əks olunacaq. Bilet alışı üçün şəxsi kabinetin verifikasiyası mütləq tamamlanmalıdır.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduğu ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini müvafiq bölməyə daxil etməlidirlər. Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatları dəyişdirmək olar. Bundan əvvəl qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrəsini OTP vasitəsilə təsdiqlətməlidirlər.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

 

Bənzər Xəbərlər

01.10.2026 - 23:08Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

01.10.2026 - 16:50Gülnar Əliyeva

AZAL-dan möhtəşəm yenilik: sərnişinlərə şad xəbər

01.10.2026 - 16:35Gülnar Əliyeva

Temperatur 10° enəcək - Xəbərdarlıq

01.10.2026 - 16:17Gülnar Əliyeva

13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər

01.10.2026 - 14:45Gülnar Əliyeva

5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - Video

01.10.2026 - 14:00Gülnar Əliyeva

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2026 - 13:20Gülnar Əliyeva

Zəngilanda ilk Texnika Festivalı keçirilib - FOTOLAR

01.10.2026 - 12:33Gülnar Əliyeva

Bu tarixlərdə ehtiyatlı olun – VACİB XƏBƏRDARLIQ

01.10.2026 - 11:54Gülnar Əliyeva

20 ildən sonra ARB-dən çıxarılır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 228

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 210

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 118

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 865
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.