Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Yeniera.az xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırıb: “Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir”.
****
15:09
Bakı-Ələt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.
YENİERA.az xəbər verir ki, qəza nəticəsində mal-qara daşıyan yük avtomobili aşıb.
Hadisə yerində olan Yeniera.az-ın əməkdaşı xəbər verir ki, qəza nəticəsində heyvanlar tələf olub.
Hazırda hadisə yerinə FHN, Təcili Tibbi Yardım briqadaları və DYP əməkdaşları cəlb olunub. Ərazidə tıxac müşahidə olunur.

