“Real”la yeni müqavilə imzalayan Arda Gülərin maaşı 2 dəfə artırılıb.
YENİERA.AZ xəbər verir ki, türkiyəli futbolçu bu günə qədər Madrid klubunda 5,21 milyon avro maaş alıb.
Yeni müqavilədən sonra isə onun maaşı 10, 42 milyon avro təşkil edir.
Arda Gülərə veriləcək bonusların da miqdarı artırılıb. Ümumilikdə o, 13,02 milyon avro qazanacaq.

