Ərbakançılar Ankaradakı səfirliyimiz qarşısında aksiya qərarı veriblər.
YENİERA.az xəbər verir ki,bu barədə “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev məlumat paylaşıb.
“Nəcməddin Ərbakanın oğlu, “Yenidən Refah” partiyasının başqanı oğul Ərbakanın Azərbaycana girişi məhdudlaşdırıldı.Xəbər çıxan kimi oğul Ərbakan Azərbaycana kin dolu qəzəbli bir məktub yazdı, tərəfimizdən layiqli cavabını da aldı .
Ərbakançılar hücuma keçdilər- sabah saat 20:30- da Ankaradakı səfirliyimizin qarşısında mitinq təyin etdilər.
Bu partiyanın çox zəif olduğu məlumdur, odur ki yəqin sabah iqtidar partiyasından kiraladıqları canlı qüvvələri səfirliyimizin qarşısına tökəcəklər”,-deyə Aydın Quliyev bildirib.

