Tanınmış yazıçı Əmir Pəhləvan hələ 1996-cı ildə Ramiz Mehdiyevə şeir həsr edibmiş.
Oxu24.com bildirir ki,”İblis”adlanan şeir 13 dekabr1996-cı il tarixdə “İLHAM” qəzetinin 4(45)- sayında çap edilib.
Həmin şeiri təqdim edirik:
İ B L İ S
Ramiz Ənvəroviç Mehdiyevə həsr edirəm
Əl vermə, əllərin çox qanlar görüb,
Çəkil bir addım da geriyə, İblis!
Olsaydı imkanım-bir qoyun kimi ,
Qatardım sürüyə mən səni, İblis!
Başda kim oldusa “him”in qalmadı,
Tərsə çalmadığın “sim”in qalmadı,
Alıb satmadığın kimin qalmadı,
Baxmadın ölüyə, diriyə, İblis!
Bir vaxt Vəzirova vəziryan dedin,
Düşüb ayağına sonra “can” dedin,
Gəldi Mütəlıibov əsil xan dedin,
Başladın min haya, min küyə, İblis!
Dedin ki, Əliyev canlı trupdu,
Ətrafı, dörd yanı qrup-qpupdu,
İndi də deyirsən dünya qurubdu,
Beləcə dəyişdin, bəs niyə, İblis?!
Təzə boğzını yaşlayır Əmir,
Həyatı təzədən başlayır Əmir,
Yaşıl budaq kimi yaşayır Əmir,
Ölürsən çürüyə-çürüyə, İblis!
Əmir Pəhləvan
“İLHAM” qəzeti 13 dekabr1996-cı il, 4(45)- sayı.
Bakı şəhəri

