Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9097 ▲0.0074
  • 100 RUB 2.0796 ▼0.0147
  • GBP 2.2881 ▲0.0087
  • TRY 0.0340
  • CNY 0.2543 ▼0.0005
  • GEL 0.6548 ▼0.0004
  • 100 KZT 0.3759 ▲0.0008
  • UAH 0.0373 ▲0.0001
  • AED 0.4628
İqtisadiyyat

Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək – “Azercell”, AZAL…

Bu qurumlar ilk dəfə dövlətə divident ödəyəcək – “Azercell”, AZAL…

İlk dəfə dividend ödəməsi nəzərdə tutulan təşkilatlar tərəfindən dövlət büdcəsinə 263 milyon manat daxilolma proqnozlaşdırılır.

YENİERA.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu məbləğin 71,3 milyon manatı “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, 48,8 milyon manatı “Azərbaycan Hava Yolları” QSC, 39.6 milyon manatı “Azərgold” QSC, 36,5 milyon manatı “Azərenerji” ASC, 21.3 milyon manatı “Azercell Telekom” MMC, 7,9 milyon manatı “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC, 4.0 milyon manatı “Azəralüminium” MMC, 3,1 milyon manatı “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” PHŞ, 2.3 milyon manatı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ, 2.4 milyon manat “Azərişıq” ASC, qalan 25,8 milyon manatı isə digər dövlət müəssisələrinin payına düşür.

2026-ci ildə dividend ödəyicisi olan müəssisə sayı 2 olduğu halda, 2027-ci ildə 52 dövlət müəssisəsinin dövlət büdcəsinə dividend ödəyəcəyi nəzərdə tutulub.

Paylaş: