Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9148 ▲0.0051
  • 100 RUB 2.0782 ▼0.0014
  • GBP 2.2935 ▲0.0054
  • TRY 0.0340
  • CNY 0.2549 ▲0.0006
  • GEL 0.6554 ▲0.0006
  • 100 KZT 0.3757 ▼0.0002
  • UAH 0.0373
  • AED 0.4628
Cəmiyyət

“OZİO” MMC-də maaşlar ödənilmir, işə buraxılmırlar – İDDİA

“OZİO” MMC-də maaşlar ödənilmir, işə buraxılmırlar – İDDİA

“OZİO” MMC-də çalışan vətəndaş əməkhaqqının bir hissəsinin ödənilmədiyini və işə gəldiyi halda işə buraxılmadığını iddia edir.

YENİERA.az xəbər verir ki, Rəsulzadə Tural Abduləziz oğlu bununla bağlı redaksiyamıza müraciət edib.

Şikayətçinin sözlərinə görə, şirkətdə çalışdığı müddətdə əmək hüquqları pozulub, ona ödənilməli olan əməkhaqqının 51,45 manatlıq hissəsi isə bir ildən artıqdır verilməyib.

O bildirib ki, 28 oktyabr 2025-ci il tarixində işə vaxtında gəlsə də, anbar müdiri tərəfindən işə buraxılmayıb. İddia edir ki, həmin gün sonradan istirahət günü kimi qeydə alınmağa çalışılıb.

Vətəndaş, həmçinin bazar günü 8 saat işləməsinə baxmayaraq, həmin günə görə qanunvericilikdə nəzərdə tutulan əlavə ödənişi almadığını deyir.

Şikayətçi məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, DOST 142 Çağrı Mərkəzinə və Nazirlər Kabinetinə müraciət etdiyini, lakin problemin həll olunmadığını bildirib.

Ajans.az məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın “OZİO” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərinə baxılır.

Qeyd olunub ki, müraciətdə göstərilən halların araşdırılması məqsədilə həm vətəndaşdan müvafiq sübutedici sənədlərin təqdim edilməsi, həm də işəgötürəndən əmək münasibətlərinə dair zəruri sənədlərin tələb olunması istiqamətində tədbirlər görülüb.

Hazırda araşdırmanın davam etdiyi bildirilib. Nəticələrə uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görüləcək və bu barədə vətəndaşa məlumat veriləcək.

Paylaş: