Səhiyyə və tibbi xidmət sahəsində vətəndaşların rahatlığını təmin etmək və xəstəxanalarda yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal addım atılır.
Paytaxtda fəaliyyət göstərən bir sıra aparıcı tibb müəssisələrində onlayn növbə sisteminin tətbiqi nəzərdə tutulur.
YENİERA.az xəbər verir ki, yeni sistemin tətbiq olunacağı tibb müəssisələrinin siyahısı artıq müəyyənləşdirilib:
Xəzər Tibb Mərkəzi;
Nərimanov Tibb Mərkəzi;
Suraxanı Tibb Mərkəzi;
Binəqədi Tibb Mərkəzi;
Sabunçu Tibb Mərkəzi;
Qaradağ Tibb Mərkəzi;
Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası;
Respublika Pediatriya Mərkəzi;
Respublika Neyrocərrahiyyə Xəstəxanası;
Yazıçılar Poliklinikası.
Elektron növbə sisteminin istifadəyə verilməsi ilə vətəndaşlar qəbula yazılmaq üçün saatlarla növbələrdə gözləmək məcburiyyətində qalmayacaq, həkim qəbulunu öncədən rəqəmsal qaydada planlaşdıra biləcəklər.

