Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

Məşhurlardan Prezidentə TƏBRİK: Siyahıda Flora Kərimova,Zeynəb Xanlarova,Aygün Kazımova da var

Məşhurlardan Prezidentə TƏBRİK: Siyahıda Flora Kərimova,Zeynəb Xanlarova,Aygün Kazımova da var

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

YENİERA.az xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident, 8 noyabr – Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, tarixi ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı mübarizənin rəmzinə çevrilmişdir. Bu qürurverici gün münasibətilə Sizi təbrik edir, xalqımıza bəxş etdiyiniz tarixi Qələbəyə görə böyük ehtiramımızı və sonsuz minnətdarlığımızı bildiririk.

Müzəffər Ali Baş Komandan kimi xalqımıza qazandırdığınız şanlı Zəfər milli iradənin təntənəsi, haqq mübarizəsinin ən uca zirvəsi və ədalət hissinin reallığa çevrilməsidir. 44 günlük Vətən müharibəsi ədalətlə haqsızlığın, mərhəmətlə zorakılığın, həqiqətlə yalanın üz-üzə gəldiyi sınaq meydanında Azərbaycanın hərbi, siyasi və diplomatik qələbəsi kimi daim xalqımızın qəlbində yaşayacaqdır.

Sizin rəhbərliyinizlə Qarabağ və Şərqi Zəngəzura “Böyük Qayıdış”, həyata keçirilən bərpa və quruculuq işləri xalqımızın qurub-yaratmaq əzminin əyani ifadəsidir. Qısa müddətdə inşa edilən yaşayış məntəqələri, yollar, hava limanları, digər sosial və infrastruktur layihələri öz gücünə arxalanan müstəqil Azərbaycanın inkişaf modelinin bariz nümunəsi, həmçinin müharibədən qalib çıxmış dövlətin sülh, tərəqqi və mədəni dirçəlişə yönəlmiş məramının təcəssümüdür.

Paylaş: