Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8637 ▼0.0044
  • 100 RUB 2.0630 ▼0.0057
  • GBP 2.2325 ▼0.0111
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6564 ▲0.0011
  • 100 KZT 0.3826 ▼0.0004
  • UAH 0.0377 ▲0.0001
  • AED 0.4628
Dünya

Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsinə keçiddə “404” xətası yaranır

Ermənistanın rəsmi saytlarında Müstəqillik Bəyannaməsinə keçiddə “404” xətası yaranır

Ermənistan Prezidentinin və Konstitusiya Məhkəməsinin rəsmi saytlarında yerləşdirilən Konstitusiya mətnlərində Müstəqillik Bəyannaməsinə keçid zamanı xəta yaranır.

YENİERA.AZ xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, hər iki dövlət qurumunun saytında Müstəqillik Bəyannaməsinə keçid üçün yerləşdirilən aktiv link Ermənistan parlamentinin saytına yönləndirir. Lakin həmin keçidə daxil olduqda “404” xəta mesajı görünür və sənəd açılmır.

Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin saytında iki ildən artıqdır “Dağlıq Qarabağ münaqişəsi” bölməsinin olmamasını xatırladıb. Həmin vaxt bölmənin yoxa çıxması “texniki xəta” ilə izah edilmişdi.

Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad mövcuddur. Azərbaycan tərəfi isə bu sənəddə ölkəmizə qarşı ərazi iddialarının əks olunduğunu bildirərək Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini tələb edir.///Modern.az

Paylaş: