Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8637 ▼0.0044
  • 100 RUB 2.0630 ▼0.0057
  • GBP 2.2325 ▼0.0111
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6564 ▲0.0011
  • 100 KZT 0.3826 ▼0.0004
  • UAH 0.0377 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Masallıda fermerin texnikaları satılıb? – ŞİKAYƏT

Masallıda fermerin texnikaları satılıb? – ŞİKAYƏT

Masallıda kənd təsərrüfatı ilə məşğul olan şəxs qardaşları və oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

YENİERA.AZ xəbər verir ki, “Doğru.az”ın redaksiyasına müraciət edən Şükürov Telman Heybət oğlu bildirib ki, o, illərlə Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olub.

O, biznes fəaliyyəti ilə məşğul olduğu dönəmdə Masallının Yeddoymaq kəndində aqroservisi, 80 ton dəmir, turbalar, toxumsəpən aqreqator, ot biçənlər, ot bağlayan – bir sözlə, kənd təsərrüfatı sahəsinə aid olan bütün lazımi texniki materialları mövcud olub.

Şikayətçi iddia edir ki, Masallıdakı biznesinin idarəçiliyini atasına həvalə edib.

Lakin 2025-ci ildə şikayətçinin atası vəfat edib. Bu zaman mərhum atanın digər övladları – Şükürov Qulam, Şükürov Vüqar və onun oğlu Şükürov Loğman şikayətçiyə aid olan bütün vasitələri oğurlayıb geri qaytarmayıblar, daha sonra isə satıblar. Bununla da şikayətçi xeyli maddiziyan vurublar.

Şikayətçi şəxs iddia edib ki, təsərrüfatda vəfat edən qardaşı Şükürov Raufa məxsus kombayn da olub. Həmin kombayn da oğurlanaraq satılıb.

Şikayətçi Şükürov Vüqarla Şükürov Qulama təsərrüfat vasitələrinin harda olduğunu, kimə satıldığını və niyə bu cür hərəkətlərə yol verdiklərini soruşduqda isə onlar cavabında “Əcəb edib satmışıq, get kimə istəyirsən şikayət et. Dövlət qurumlarına tapşırdacam, heç nə edə bilməyəcəksən”, – deyə qanunsuz fikirlər söyləyib.

Zərərçəkdiyini bildirən şikayətçi iddia edib ki, bütün bu sadalanan xoşagəlməz proseslərə Şükürov Loğman Vüqar oğlu başçılıq edib və onun himayədarlığı altında bu qanunsuz əməllər törədilib.

Şikayətçi təsərrüfatın qanunsuz şəkildə satışını da Şükürov Loğman tərəfindən həyata keçirildiyini vurğulayıb.

Bu hadisədən dərhal sonra zərərçəkdiyini deyən şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edərək şikayət edib.

Şikayət qəbul olunduqdan sonra ona bildirilib ki, sözügedən hal mülki xarakter daşıdığı üçün şikayətçi məhkəməyə müraciət etməlidir.

Lakin şikayətçi qərardan narazı olduğunu vurğulayaraq bu məsələnin cinayət xarakterli olduğunu iddia edib.

Şikayətçi sonda qeyd edib ki, özünəməxsus texnikaların, aqroservisin mülkiyyəti, eyni zamanda mərhum qardaşına aid təsərrüfat texnikanın sənədləri də var.

Materialda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Paylaş: