Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8637 ▼0.0044
  • 100 RUB 2.0630 ▼0.0057
  • GBP 2.2325 ▼0.0111
  • TRY 0.0337
  • CNY 0.2550
  • GEL 0.6564 ▲0.0011
  • 100 KZT 0.3826 ▼0.0004
  • UAH 0.0377 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Xəzər Rayon İcra Hakimiyyətinə səsləndi: Dərdimizi kimə deyək? – VİDEO

Xəzər Rayon İcra Hakimiyyətinə səsləndi: Dərdimizi kimə deyək? – VİDEO

Əməkdar artist Nigar Şabanova Xəzər rayonunda yağış sularının yaratdığı problemlə bağlı aidiyyəti qurumlara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı videoda yağışdan sonra yaşadığı ərazidə küçələrin acınacaqlı vəziyyətə düşdüyünü bildirib.

Nigar Şabanova problemin illərdir davam etdiyini vurğulayaraq aidiyyəti qurumların məsuliyyəti bir-birinin üzərinə atmasından narazılığını ifadə edib:

“Bir həftədir yağış yağıb və məhəllənin günü kanalizasiya sistemi sıfırdır. Piyada çıxıb marketə getmək belə mümkün deyil. Maşını olmayan nə etsin? Heçmi bu millətin kasıbını düşünən bir vicdan sahibi yoxdur?! Çox ayıbdır.

Bilərik, işiniz çoxdur, amma bu vəziyyət illərdir var. Bu illər ərzində niyə bir adam maraqlanmır? İcra deyir bələdiyyənin işidir, bələdiyyə deyir icranın işidir. Çox gülməlidir. Bu ölkə üçün kimə deyək? Heyif bu ölkəyə çəkilən zəhmət və əziyyətdən. Mən təsəvvür edirəm ki, leysan yağış olsa, bu küçənin vəziyyəti necə olar. Bütün küçələr bu və bundan da pis gündədir”.

Paylaş: