Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669 ▲0.0003
  • 100 RUB 2.0809 ▲0.0072
  • GBP 2.2284 ▲0.0001
  • TRY 0.0336
  • CNY 0.2547 ▼0.0001
  • GEL 0.6566 ▲0.0002
  • 100 KZT 0.3732 ▼0.0045
  • UAH 0.0378
  • AED 0.4628
Özəl

"70 manat pul alıblar, lakin 70 qəpiklik iş yoxdur" – “Zəmzəm” xalça yumadan ŞİKAYƏT

“70 manat pul alıblar, lakin 70 qəpiklik iş yoxdur” – “Zəmzəm” xalça yumadan ŞİKAYƏT

Vətəndaş “Zəmzəm” xalça yuma şirkətinin xidmətindən narazıdır.

YENİERA.AZ xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

Şikayətçinin sözlərinə görə, xalçaları yuyulmaq üçün şirkətə təhvil verilib və bir həftə ərzində geri qaytarılacağı bildirilib. Lakin xalçalar gətirildikdən sonra onların lazımi qaydada yuyulmadığı və çırpılmadığı məlum olub. Üstəlik, xalçalardan gələn nəm qoxusuna görə onları evə sərmək mümkün olmayıb.

Vətəndaş bildirir ki, şirkətə müraciət etdikdən sonra axşam gəlib xalçaları mütləq aparacaqlarını desələr də, artıq bir aydır hər gün müxtəlif bəhanələrlə məsələni yubadırlar”

“Xidmətə görə 70 manat ödəniş alıblar, lakin 70 qəpiklik iş yoxdur. Məsələ ilə bağlı polisə də ərizə yazmışam”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

YENİERA.AZ

Paylaş: