Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM
  • Orta təhsillilər də bir il hərbi xidmət KEÇƏCƏK?
  • Bakıda şagird məktəbdə özünə xəsarət yetirdi – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan Prezidenti: Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir

Azərbaycan Prezidenti: Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir

Siyasət Ariz Əhədov27.08.2025 - 10:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ Prezidenti Donald Tramp həqiqətən Nobel Sülh Mükafatına layiqdir.

Yeniera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı xatırladıb ki, bəli, düzdür, erməni həmkarımla birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb:

“O, həqiqətən buna layiqdir. Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır. Bu, mənim onunla ilk görüşüm idi, ancaq siyasətçi kimi ona münasibətim həmişə müsbət olub”.

Prezident qeyd edib ki, hətta onun ilk prezidentlik dövründə belə, – ancaq o vaxt görüşmək imkanımız olmayıb, xüsusilə də o, “dərin dövlət”in nümayəndələri tərəfindən seçki saxtakarlığı ilə seçilməkdən məhrum edilib, – onun qələbəsini əlindən aldılar:

“Onun poçtla göndərilən səs bülletenləri ilə bağlı fikirləri tamamilə düzgündür. Çünki Amerika administrasiyaları həmişə bütün dünyaya necə yaşamalı, demokratiyanı necə qurmalı, seçkiləri necə təşkil etməli olduğumuz barədə mühazirə oxumağı xoşlayır. Lakin onlar özləri Prezident Trampı qələbədən məhrum edərək, ona qarşı ən böyük seçki saxtakarlığını etdilər. O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar – USAID, “Radio Liberty”, “Washington Post”, “New York Times”, “Wall Street Journal”, “Newsweek” kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər. Bəlkə də eyni səviyyədə deyildi, amma eyni şəkildə idi, şayiələr yayırdılar”.

Bənzər Xəbərlər

24.04.2026 - 12:23Ariz Əhədov

Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAM

24.04.2026 - 11:19Ariz Əhədov

"Təcili yardım"ın rəhbəri bu şəxs OLDU

24.04.2026 - 10:40Ariz Əhədov

Aİ Azərbaycanın 5 gəmisinin sanksiyalarını - Ləğv etdi

24.04.2026 - 10:00Ariz Əhədov

Dünən həbs edilənlər arasında rəislər də var - Ümumi 8 vəzifəli şəxs...

24.04.2026 - 09:13Ariz Əhədov

Qobustanda torpaq uçqunu oldu: ölən var

23.04.2026 - 15:33Ariz Əhədov

TƏCİLİ! Bu qurumda həbslər BAŞLADI

23.04.2026 - 12:42Ariz Əhədov

Prezidentdən qurultay iştirakçılarına - Müraciət

23.04.2026 - 11:33Ariz Əhədov

Latviya Prezidentinin Azərbaycana səfəri başa çatdı - Fotolar

23.04.2026 - 11:02Ariz Əhədov

Baş Prokurorluq məlumat yaydı - Onlar Azərbaycana gətirildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 182

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 979

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 919

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 110
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.