Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9037
  • 100 RUB 2.0840
  • GBP 2.2834
  • TRY 0.0339
  • CNY 0.2549
  • GEL 0.6561
  • 100 KZT 0.3768
  • UAH 0.0375
  • AED 0.4628
Siyasət

Çində Əliyevlə Putinin görüşü olacaq?

Çində Əliyevlə Putinin görüşü olacaq?

Kreml Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında görüşün keçirilib-keçirilməyəcəyini şərh etməyib.

Yeniera.az “İnterfaks”a istinadən xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərin sualını cavablandıran Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib:

“Biz hazırda ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, bu isə çinli dostlarımızın təşkil edəcəyi tədbirlərin tərkibinə daxil ediləcək. İşlər yekunlaşdıqda sizə məlumat verəcəyik”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-dən sentyabrın 1-nə qədər Çində keçiriləcək.

Paylaş: