Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9000
  • 100 RUB 2.1118
  • GBP 2.2769
  • TRY 0.0340
  • CNY 0.2557
  • GEL 0.6561
  • 100 KZT 0.3743
  • UAH 0.0375
  • AED 0.4628
Cəmiyyət

Balakəndə İŞIQ OLMAYACAQ

Balakəndə İŞIQ OLMAYACAQ

Balakən rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Yeniera.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq “Zaqatala-2” hava xəttində sentyabrın 8-10-da təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq “Qafqaz” yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş: