Ermənistan hökuməti noyabrda yeni Konstitusiya layihəsini dərc etməyi planlaşdırır.
YENİERA.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı açıqlayıb.
“Biz yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, təkliflər qəbul ediləcək və müzakirə olunacaq. Bu, yeni Konstitusiya layihəsinin cəmiyyətdə kifayət qədər müzakirə olunduğuna əmin olana qədər davam edəcək, bundan sonra biz yeni Konstitusiya layihəsinin növbəti müzakirəsini təşkil edəcəyik”, – Paşinyan deyib.
Baş nazir rəhbərlik etdiyi hökumətin qarşısında duran ən mühüm vəzifələrindən birinin Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası olduğunu bir daha diqqətə çatdırıb.

