Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8907
  • 100 RUB 2.1118
  • GBP 2.2601
  • TRY 0.0341
  • CNY 0.2549
  • GEL 0.6551
  • 100 KZT 0.3723
  • UAH 0.0372
  • AED 0.4628
Cəmiyyət

Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi

Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.

Yeniera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Paylaş: