ABŞ Prezidenti Donald Trampa qolf meydançasında sui-qəsd etməkdə təqsirləndirilən 59 yaşlı Rayan Rout məhkəmədə hakim qarşısına çıxıb.
Yeniera.az Qərb KİV-ə istinadən xəbər verir ki, prokurorlar müttəhimin aylar öncə bu planı qurduğunu aşkar ediblər.
O, hərbi təyinatlı silahlar əldə etməyə cəhd edib və hətta Trampın təyyarəsini vurmaq üçün zenit silahları axtarıb.
Təqsirləndirilən şəxs ömürlük həbs cəzası kimi beş ittiham üzrə özünü təqsirli bilməyib.
Lakin məhkəmə müttəhimin məhkəmə zalından çıxarkən sərbəst yaşamağına icazə verməyəcək.
Prosesə Trampın təyin etdiyi hakim Kennon sədrlik edir.
Məhkəmənin iki-dörd həftə davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Rout 2024-cü ilin sentyabrında “Palm Beach” qolf meydançasında Trampa hücum etməyə cəhd edib.
Elşad Bayramov

