Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz
  • Türkiyədə ard-arda zəlzələlər oldu
  • Polad Bülbüloğlunun ikinci həyat yoldaşından evlilik iddialarına REAKSİYA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Cəmiyyət Gülnar Əliyeva26.08.2026 - 17:46
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır.

Yeniera.az xəbər verir ki, belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.

Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.

Hava limanına vaxtında gəlin

Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.

Uçuş məlumatlarını mütəmadi izləyin

Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZAL mobil tətbiqindən, elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları”nın hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.

Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.

Dəyişiklik barədə sizə necə məlumat verilir?

Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir.

Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.
Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.

Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.

Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?

Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:

– 7 yaşınadək uşağı olan sərnişinlər

ana və uşaq otağından istifadə edə bilərlər.

– 2 saatdan çox gecikmə

Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.

– 5 saatdan çox gecikmə

İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.

– 8 saatdan çox gecikmə

Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.

Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.

Qeyd: Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.

Reysiniz ləğv edilib və ya uçuş vaxtı dəyişib?

Belə bir dəyişiklik səyahət planınızın sona çatdığı demək deyil. Vəziyyətdən və tətbiq olunan şərtlərdən asılı olaraq alternativ uçuş, biletin dəyişdirilməsi və ya geri qaytarılması kimi seçimlər mövcud ola bilər. Hava limanındasınızsa, Azərbaycan Hava Yollarının nümayəndələri mövcud imkanlar və səfərinizi necə davam etdirə biləcəyiniz barədə ətraflı məlumat verə bilərlər.

Hava limanındasınızsa, alternativ uçuşlar və mövcud seçimlər barədə məlumatı Azərbaycan Hava Yollarının nümayəndələrindən əldə edə bilərsiniz. Hava limanında deyilsinizsə, mövcud seçimləri dəqiqləşdirmək üçün Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa, dəyişiklik və geri qaytarılma kimi bilet əməliyyatlarının həmin agentlik vasitəsilə həyata keçirilməsi tələb oluna bilər. Bu halda biletinizi aldığınız agentliklə əlaqə saxlayaraq mövcud seçimləri dəqiqləşdirə bilərsiniz.

Gecikmə növbəti uçuşunuza təsir edirsə

Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşdakı gecikmə növbəti reysə keçid vaxtını azalda və ya bağlantının baş tutmamasına səbəb ola bilər. Belə vəziyyətdə transfer masası və ya Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələri növbəti uçuşunuz və səfərin davam etdirilməsi üçün mövcud imkanlar barədə məlumat verə bilərlər.

Gecikmə aviaşirkətdən qaynaqlanırsa və növbəti uçuş üçün təsdiqlənmiş bronunuz varsa, gözləmə müddətindən asılı olaraq müvafiq xidmətlərdən yararlana bilərsiniz.

Uçuş planında dəyişiklik yarandıqda ən vacib məqam aktual məlumatı rəsmi mənbələrdən izləməkdir. Əlaqə məlumatlarınızı bron zamanı düzgün qeyd etmək, uçuş statusunu mütəmadi yoxlamaq və ehtiyac yarandıqda aviaşirkətin nümayəndələrinə müraciət etmək dəyişikliklərə daha hazırlıqlı olmağa və səfərinizi mümkün qədər rahat davam etdirməyə kömək edəcək.
Əlavə sualınız var?

Uçuşunuzla bağlı əlavə məlumat və dəstəyə ehtiyacınız olarsa, Azərbaycan Hava Yolları ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz:

– wecare@azal.az

– callcenter@azal.az

Müraciətinizin daha operativ cavablandırılması üçün məktubda ad, soyad, uçuş nömrəsi, uçuş tarixi və bron məlumatlarınızı qeyd etməyiniz tövsiyə olunur.

Bənzər Xəbərlər

26.08.2026 - 17:25Gülnar Əliyeva

“İzmir Residence” sakinləri “İzmir Restoran”dan şikayətçidirlər – "Mitinq etmək istəyirik"

26.08.2026 - 17:24Gülnar Əliyeva

Hərbi möhlətlər bu halda ləğv ediləcək - Xəbərdarlıq

26.08.2026 - 17:16Gülnar Əliyeva

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

26.08.2026 - 17:13Gülnar Əliyeva

Mehriban Əliyeva qızları ilə açılışda - Fotolar 

26.08.2026 - 16:08Gülnar Əliyeva

Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...

26.08.2026 - 15:40Gülnar Əliyeva

Bu generalımız da vəzifəli şəxsin oğlu imiş - FOTO

26.08.2026 - 14:55Gülnar Əliyeva

İlham Əhmədova AĞIR İTKİ - FOTO

26.08.2026 - 14:43Gülnar Əliyeva

Bu ərazidə qaz kəsiləcək

26.08.2026 - 12:15Gülnar Əliyeva

Rəşad Əliyevə vəzifə verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 887

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 982

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 935

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 752
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.