ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyası hesab edir ki, Rusiyanı Ukraynadakı münaqişəyə son qoymağa təşviq etmək daha geniş strateji məqsədlərə xidmət edir.
Yeniera.az xəbər verir ki, Politico nəşrinin yazdığına görə, Vaşinqton bu addım vasitəsilə iqtisadi artımı və Amerika investisiyalarının axınını artıraraq, nəticədə Çinə qarşı mübarizədə üstünlük qazanmağı hədəfləyir.
Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, “Rusiyaya yaxınlaşmağın yolunu tapmaq Çinlə fərqli güc balansı yarada bilər və bu, çox faydalı ola bilər”.
Məqalədə qeyd olunur ki, Rusiya ilə yaxınlaşma istiqamətində atılan addımlar Ukraynanı narahat edir. Eyni zamanda bu yanaşma ABŞ administrasiyasının əsas geosiyasi təhlükə kimi Çini gördüyünü bir daha nümayiş etdirir.
Xatırladaq ki, daha əvvəl Çin və ABŞ-ın ticarət məsələləri ilə bağlı ilkin razılığa gəldiyi bildirilmişdi. Bundan əlavə, Trampın Çinə planlaşdırılan səfərinin və Si Cinpin ilə görüşünün təxirə salındığı barədə də məlumatlar yayılmışdı.
YENİERA.AZ

