Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İraqda ara QARIŞDI: Baş nazirə 48 saat VAXT VERİLDİ
  • Müflis olmayacaq BÜRCLƏR
  • Litva müharibəyə hazırlaşır: 100 min nəfərlik səfərbərlik ehtiyatı…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Kamran Əliyev şəhid olmuş prokurorluq əməkdaşlarının yaxınları ilə görüşdü – Fotolar

Kamran Əliyev şəhid olmuş prokurorluq əməkdaşlarının yaxınları ilə görüşdü - Fotolar

Cəmiyyət Gülnar Əliyeva25.09.2026 - 18:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 sentyabr Anım günü, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.

Yeniera.az xəbər verir ki, ilk öncə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Baş prokuror bildirib ki, müasir, müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi vəzifələr həyata keçirilib.

Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu tarixi hadisələr şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin gücü sayəsində mümkün olub.

Baş prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və həmin ərazilərdə zəruri infrastrukturun yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi qeyd olunub. Həmçinin I və II Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının dövlətçiliyimizin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı bildirilib.

Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən Müharibəsinin iştirakçıları – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə, habelə Vətən müharibəsi zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarəsinin prokuroru Ozal Həsənov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.

Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib, prokurorluq orqanlarının şəhid ailələrinə, müharibə iştirakçılarına və prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.



Bənzər Xəbərlər

26.09.2026 - 23:55Gülnar Əliyeva

İraqda ara QARIŞDI: Baş nazirə 48 saat VAXT VERİLDİ

26.09.2026 - 23:41Gülnar Əliyeva

Müflis olmayacaq BÜRCLƏR

26.09.2026 - 23:34Gülnar Əliyeva

Litva müharibəyə hazırlaşır: 100 min nəfərlik səfərbərlik ehtiyatı…

26.09.2026 - 22:15Gülnar Əliyeva

Köçəryanla bağlı SON DƏQİQƏ: Dəhşətli xəbər yayıldı

26.09.2026 - 21:10Gülnar Əliyeva

Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - Video

26.09.2026 - 20:30Gülnar Əliyeva

“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı

26.09.2026 - 19:45Gülnar Əliyeva

Yağış, dolu, sulu qar - Hava şəraiti dəyişəcək

26.09.2026 - 15:38Gülnar Əliyeva

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

26.09.2026 - 14:57Gülnar Əliyeva

Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 127

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 135

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 054

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 834
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.