Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb – KİV

ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb – KİV
FILE PHOTO: A staff member removes the Iranian flag from the stage after a group picture with foreign ministers and representatives of the U.S., Iran, China, Russia, Britain, Germany, France and the European Union during Iran nuclear talks at the Vienna International Center in Vienna, Austria, July 14, 2015. REUTERS/Carlos Barria/File Photo - RC13F9DDA150

İslamabadda davam edən tarixi görüşlərdə tərəflər arasında ən mübahisəli məsələlərdən biri olan dondurulmuş maliyyə vəsaitləri ilə bağlı mühüm məlumat sızıb.

Yeniera.az “Al Jazeera”ya istinadən xəbər verir ki, İran nümayəndə heyətinə yaxın mənbələr Tehranın bu danışıqlarda iştirak etmək qərarının məhz ABŞ-nin dondurulmuş aktivləri azad etmək razılığından sonra verildiyini bildiriblər.

Qeyd olunur ki, vəsaitlərin blokdan çıxarılması İranın təqdim etdiyi “10 maddəlik sülh planı”nın əsas şərtlərindən biri idi.

Rəsmi Vaşinqton isə dondurulmuş aktivlərin sərbəst buraxılmasına razılıq verib-vermədiyi ilə bağlı hələlik heç bir rəsmi şərh verməyib.

Xatırladaq ki, sözügedən maliyyə aktivlərinin taleyi İslamabad danışıqlarının gedişatına birbaşa təsir edən əsas amillərdən biri hesab olunur. Tehran hakimiyyəti bu vəsaitlərin azad edilməsini yekun atəşkəs sazişi üçün ilkin şərt kimi irəli sürmüşdü.

Paylaş: