Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Dünya

ABŞ səfirliyi həmin məmurlara iPhone17 alır

ABŞ səfirliyi həmin məmurlara iPhone17 alır

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynanın adı açıqlanmayan qurumunun ehtiyacları üçün təxminən 86 min dollar dəyərində iPhone17 smartfonlarının alınması ilə bağlı müqavilə bağlayıb.

Yeniera.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin müvafiq hökumət sənədinə istinadən “RİA Novosti” yayıb.

Bildirilib ki, həmin müqavilə sentyabrın 10-da Ukraynanın “C.T. Line LLC” şirkəti ilə bağlanıb. Sənədlərdə alınacaq smartfonların dəqiq sayı qeyd olunmayıb.

Bununla belə, ABŞ-də iPhone17 smartfonlarının minimal qiyməti 899 dollar təşkil edir, buna görə də, müqavilənin qiyməti nəzərə alınmaqla təqribən 95 ədəd belə telefon alınacağı güman edilir.

Paylaş: